Burkina-Fasonun şimal-qərbində silahlılar gecə həbsxanaya hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə təhlükəsizlik orqanlarındakı mənbədən “Reuters”ə bildirilib. Hücum zamanı 60 məhbus azad edilib.
Belə ki, gecəyarı “Kalaşnikov” avtomatları və pulemyotlarla silahlanan yaraqlılar avtomobil və motosikletlərdə Nuna şəhərinə daxil olublar.
Onlar şəhər həbsxanasından bütün məhbusları azad ediblər.
Həbsxanaya hücum zamanı heç kim ölməyib, lakin təhlükəsizlik orqanlarındakı mənbələrə görə, bir könüllü döyüşçü yaralanıb.Heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Bizim.Media