Qənirə Paşayeva Dövlət Xidmətini yeyintidə GÜNAHLANDIRDI: Sensasion faktlar - VİDEO 

“Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının təkmilləşdirilməsi və inkaşıfına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın nəticəliliyinin qiymətləndirilməsi ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində aparılan auditin nəticəsi olduqca narahatlıq yaradır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentin plenar iclasında Hesablama Palatasının illik hesabatı haqqında məsələnin müzakirəsində çıxışı zamanı səsləndirib. 

Onun sözlərinə görə, abidələrlə bağlı proqram başa çatıb, vəsait xərclənib; məlum olub ki, Xidmət tərəfindən aparılan monitorinq tədbirləri zamanı abidələrin bir hissəsində bərpa işlərinə ehtiyac olduğu müəyyən edilib: 

“Orta hesabla hər il 134 abidədə təxminən 90 milyon manatlıq bərpa və konservasiya işləri aparılması nəzərdə tutulub. Amma 2020-2021-ci illərdə bu işə 40 milyon manatlıq satınalma həyata keçirilib ki, bu vəsaitin 77,3%-i yalnız bir abidəni – Şəki şəhərindəki Gileyli məscidinin bərpasını əhatə edib”. 

Komitə sədri bu Xidmət tərəfindən abidələrin bərpası, konservasiyası işləri həyata keçirilmədiyi üçün yenidən sənədlərin hazırlanmasına ehtiyac olduğunu vurğulayıb: 

“Niyə əvvəl ayrılan 600 min manat vəsait boşa getdi?! Bu, ciddi araşdırılmalıdır. Bu vəsaitə 4-5 abidəni bərpa etmək olardı. 

Digər məsələ ondan ibarətdir ki, Proqram qurtarıb, amma Azərbaycanda abidələrin pasportlaşdırılması ilə bağlı 2012-ci ildən başlayan bu iş başa çatdırılmayıb. 2021-ci ildə 4528 abidədən 8,1 %-i pasportlaşdırılıb.140 abidədən cəmi 3,1%-nin mühafizə zonaları təşkil edilib”. 

“Bu, ciddi çağırışdır. Dövlətin ayırdığı vəsaiti çox səmərəli xərcləmək, işlərə nəzarəti ciddi etmək lazımdır. Hesablama palatasını bu məsələyə nəzarətə çağırırıq”, - deyə Q.Paşayevə fikrini yekunlaşıdırıb. 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən deputat Qənirə Paşayevanın Milli Məclisdə səsləndirdiyi iddialara münasibət bildirilərək qeyd edilən rəqəmlərin həqiqəti əks etdirmədiyi qeyd olunub: 

"2020-2021-ci illərdə 134 abidənin bərpa və konservasiyasına 40 milyon manat vəsaitin ayrılması, bu vəsaitin isə 77.3%-nin yalnız bir abidəyə (Gileyli məscidi) xərclənməsi barədə məlumat həqiqəti əks etdirmir. Dövlət Proqramı 2014-2020-ci illəri əhatə edir və müvafiq olaraq səmərəlilik auditi də 2020-ci ilin sonunadək olan müddət ərzində görülmüş işləri ehtiva edib. Proqramın auditi onun icrasına başlanıldıqdan 7 il sonra, başa çatmasından 1 il ötdükdən sonra həyata keçirilib. 

Həmçinin, bir il üçün 134 abidənin bərpa və konservasiya edilməsinin nəzərdə tutulması, 2020-2021-ci illərdə bu işə 40 milyon manat vəsaitin ayrılması, bu vəsaitin isə 77.3%-nin (başqa sözlə, təxminən 31 milyon manatın) yalnız bir abidəyə (Gileyli məscidi) xərclənməsi barədə məlumat həqiqəti əks etdirmir”. 

Məlumatda bildirilib ki, abidələrin bərpasına tələb olunan vəsait onun həcmindən, memarlıq xüsusiyyətlərindən, texniki vəziyyətindən, yerləşdiyi ərazidən, aid olduğu dövrdən və s. asılı olaraq dəyişir.
Mövcud təcrübə və qiymətləndirmə göstərir ki, orta hesabla 4-5 abidənin bərpa-konservasiyası 600 min manatdan çox vəsait tələb edir. 

“Mədəniyyət Komissiyasında Hesablama Palatasının audit hesabatının müzakirəsinin 2014-2020-ci illər ərzində bir neçə dəfə (optimal olaraq, ildə 1 dəfə), icra müddəti başa çatmadan keçirilməsi real, effektiv nəticə verə bilərdi. Bu isə audit hesabatının 2014-cü ildən icra olunmağa başlayan Proqramın başa çatmasından sonra 2022-ci ildə Komissiyaya təqdim edilməsi ilə bağlıdır”, - deyə qurumun bəyanatında qeyd olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

Azərbaycanda avtomobil benzini istehsalı artıb

Azərbaycanda avtomobil benzini istehsalı artıb

Ermənistan ordusunun hərbçisi ölüb

Ermənistan ordusunun hərbçisi ölüb

End of content

No more pages to load

RADİO