Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Ermənistanın paytaxtı İrəvana rəsmi səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Hazırda Darçiaşvili və erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçirilir. Gürcüstanın XİN rəhbəri səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşəcək.
Xatırladaq ki, İlya Darçiaşvili bu həftə Azərbaycanda səfərdə olub.
Bizim.Media