"Bizim nə vətənimiz var idi, nə də dövlətimiz” - Erməni partiya sədri

“Birləşmiş Ermənistan” partiyasının rəhbəri Artur Qazinyan “Oğru evdən olmasaydı” adlı məqalə yazıb.

Məqalədə əsasən səbatsız hakimiyyətin əməlləri ucbatından bugünkü Ermənistanın yaşadığı çətin durumdan söz açılır.

Yazıda bir sıra diqqət çəkən məqamlar da önə çıxır. Məsələn, Qazinyan fikirlərinə bu cümlə ilə başlayır: “20-ci əsrin əvvəllərində Osmanlı imperiyasının əhalisindən biri idik. Bizim nə vətənimiz var idi, nə dövlətimiz, nə də dövlətçiliyimiz”.

Ondan fərqli olaraq erməni dövlət xadimləri, siyasi ideoloqlarından tutmuş, tarixçi və sadə vətəndaşlara qədər hər kəs, guya erməni dövlətçiliyinin minillik “tarix”ə malik olduğunu deyir, yazır və dünyaya car çəkirlər. Qazinyan isə fərqli düşünür və hətta növbəti cümləsində fikirlərini belə tamamlayır ki, “sonradan bizi parçaladılar, bizdən miqrant düzəltdilər, dünyanın hər yerinə səpələndik”.

Partiya sədri dolayısı ilə etiraf edir ki, saxta tarixlə yaşayan erməni milləti həmin dövrdə kütləvi şəkildə tarixi Azərbaycan torpaqlarına gəliblər.

“Sonra bir vətənimiz, kiçik torpağımız oldu. Müharibələrdən sonra rahat nəfəs aldıq və qızıl bir dövrdə yaşadıq. Qurduq, yaratdıq, təhsil aldıq və 80-ci illərin sonlarında isə vətəni azad dövlət etmək arzusu olan bir millət olduq”, -deyə o bildirib.

Qazinyan, həmçinin birinci Qarabağ müharibəsi haqqında danışaraq həmin döyüşdə qalib gəldiklərini söyləyib. O, ardınca İkinci Qarabağ savaşından bəhs edib: “Düşmən məğlubiyyətini qəbul etmədi, yaralarını sağaldaraq bizi qovdu. O bizi bölmək, bir-birimizə düşmən etmək üçün fürsət axtarırdı. Və o fürsət tapıldı...”

“Bir-birimizə nifrət etməyə, ailədə və dostlarımızda düşmən axtarmağa məcbur olduq. Düşmən bizə ağrılı və vacib məqamda zərbə endirdi. Hansı ki, biz bir millət olmağı dayandırmışdıq, bütün gələcəyimizi itirmişdik, azmışdıq, yaddaşsız kütləyə çevrilmişdik. Bir-birimizi qovmağa, söyüb təhqir etməyə, qarğımağa hazır idik. Bizim əlimizdən qələbəmizi, bayramımızı, qürurumuzu, tariximizi aldılar” - deyə Qazinyan məqaləsində vurğulayıb. (Azvision)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini açıqladı

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

Yaxın 2 gündə HAVA necə olacaq?

Yaxın 2 gündə HAVA necə olacaq?

Binədə güclü yanğın – VİDEO

Binədə güclü yanğın – VİDEO

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

End of content

No more pages to load

RADİO