Azərbaycan Bolqarıstanla siyasi məsləhətləşmələr keçirdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Bolqarıstan tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Vasil Georgiev rəhbərlik ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Bolqarıstanı təbrik etdi


Görüşdə 5 iyun 2022-ci il tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd ediləcəyi və bu müddət ərzində ikitərəfli münasibətlərimizin inkişafında əldə edilmiş uğurlardan məmnunluqla bəhs edilib.

İki ölkə arasında münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, müxtəlif istiqamətlərdə, o cümlədən energetika, elm və informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib. Eyni zamanda, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrinin hazırkı inkişafı və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, kiçik və orta biznes arasında birbaşa ticarət əlaqələrinin zəruriliyi qeyd edilib.

Nazir müavini X.Xələfov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, erməni işğalından azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr barədə qarşı tərəfə ətraflı məlumat verib.

Məcburi köçkünlərimizin öz doğma yurdlarına layiqli şəkildə qayıda bilmələri və regionda davamlı sabitliyin və təhülkəsizliyin təmin olunması istiqamətində ölkəmizin səyləri haqda danışıb.
Nazir müavini V.Georgiev Azərbaycanda səfərdə olduğu müddətdə rəhbərlik etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlərin səmərəli keçdiyini məmnunluqla diqqətə çatdırıb.

Azərbaycanın həm Cənubi Qafqaz bölgəsində, həm beynəlxalq miqyasda mühüm və etibarlı tərəfdaş olduğunu bildirib.

O, qarşılıqlı maraq kəsb edən irimiqyaslı iqtisadi-ticarət layihələrdə əməkdaşlıq imkanlarının müzakirə edilməsinə ölkəsinin hazır olduğunu söyləyib. V.Georgiev Bolqarıstanın XİN rəhbəri Teodora Qençovska tərəfindən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun öz ölkəsinə dəvət edildiyini məmnunluqla diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Bolqarıstan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanaraq, səfərlərin və görüşlərin davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

End of content

No more pages to load

RADİO