Sahibə Qafarova gürcüstanlı nazirlə müzakirələr apardı - FOTO 

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Spiker Gürcüstanın xarici işlər nazirinin bu vəzifədə ilk səfərini ölkəmizə etməsinin münasibətlərimizin yüksək səviyyədə olmasının daha bir göstəricisi olduğunu bildirib, səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Gürcüstan XİN başçıları arasında təkbətək görüş keçirilir


Milli Məclisin sədri bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümü olduğunu vurğulayaraq, qeyd edib ki, əlaqələrimiz uğurlu inkişaf yolu keçib və strateji tərəfdaşlıq münasibətlərimiz möhkəm təməllər üzərində qurulub.

Azərbaycan və Gürcüstanın iki mehriban qonşu və dost ölkələr olaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla əməkdaşlıq etdiyini bildirən Milli Məclisin sədri vurğulayıb ki, əlaqələrimiz regional sabitlik və əməkdaşlığa da mühüm töhfələr verir.

Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında qanunverici orqanlarımızın mühüm rol oynadığını qeyd edərək, cari il aprelin 19-20-də Gürcüstan Respublikasına rəsmi səfərini və səfər çərçivəsində keçirilən görüşləri xatırladıb.

O, deyib ki, parlamentlərimiz arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etdirilir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları var və nümayəndə heyətlərimiz beynəlxalq parlament təşkilatlarında sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər.
Parlament komitələrinin işi vasitəsilə ali qanunvericilik orqanları arasında münasibətləri daha da dərinləşdirmək üçün geniş imkanlar var.

Bu baxımdan, Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin mövcud üçtərəfli əməkdaşlıq formatı çox faydalıdır.

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verərək, aparılan danışıqların məhsuldar olduğunu diqqətə çatdırıb.

O, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib və ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişafının zəruriliyini diqqətə çatdırıb.

İliya Darçiaşvili əlaqələrimizin dərinləşməsində parlamentlərin özünəməxsus rol oynadığını söyləyib. O, Milli Məclis sədrinin Gürcüstana səfərini yüksək qiymətləndirib.

Gürcüstanın xarici işlər naziri regionda sülh və təhlükəsizliyin, əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdıraraq, qeyd edib ki, onun ölkəsi sülhpərvər siyasət həyata keçirir.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

End of content

No more pages to load

RADİO