“Ermənilər ABŞ-Azərbaycan münasibətlərini korlaya bilməz” - Asim Mollazadə

“Azərbaycan ABŞ-la əməkdaşlığı çox yaxşı davam etdirir. Sadəcə olaraq ABŞ konqresində bir qrup erməni diasporu ilə əlbir olan saxta siyasətçilər var. Hətta Tramp bu siyasətçilər haqqında “onlar hər zaman yalan danışırlar” deyib. Bu da açıq demokratik bir cəmiyyətin yaratdığı problemlərdir”.

Bu sözləri Bizim.Media ya açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, erməni diasporunun bu cür ucuz cəhdləri ABŞ-Azərbaycan münasibətlərini korlaya bilməz.

“Bu cür siyasətçilərin fəaliyyəti haqqında araşdırmalar olmalıdır. Ermənilərin ABŞ-la Azərbaycanın münasibətlərini korlamaq üçün çox cəhd etdiklərinə baxmayaraq, bu əlaqələrə ciddi xələl gətirə bilməyəcəklər. Çünki Azərbaycan bu bölgənin ən aparıcı ölkəsidir. Rəsmi Bakı ərazisində əhəmiyyətli strateji sistemlər formalaşdırıb. Ermənilər onsuz bu oyunu hər yerdə oynayırlar”.

Asim Mollazadə, həmçinin faşist mövqeyini dəstəkləyən və xaricdə yaşayan erməni qüvvələrinin müharibənin uzadılmasında maraqlı olduqlarını bildirib.

“Faşist dəyərləri üzərinə köklənmiş, xaricdə yaşayan erməni disaporası bu saxta soyqırım oyunları ilə müharibəni mövcudluğunda maraqlıdır. Çünki onlar bunun sayəsində vəsaitlər toplayıb, oyunlarını davam etdirirlər. Azərbaycanın bölgədə yaratdığı sülh onların planlarını darmdağın edir”.

Millət vəkili İsraillə Azərbaycan münasibətlərindən də danışıb. Siyasətçi bildirib ki, yəhudilərlə Azərbaycan əlaqələri ta qədimlərə gedib çıxır.

“Azərbaycan uzun illərdir ki, İsraillə tərəfdaşlıq həyata keçirir. Bizim bu ölkə ilə çoxşaxəli əlaqələrimiz var. Bunun əsası onların 1000 illərlə Azərbaycanda qardaşlıq vəziyyətində yaşamağından irəli gəlir. Bu gün İsraildə Azərbaycana dəstək verən iri təşkilatlar var. Bu təşkilatlar iki dövlət arasında əlaqələrin güclənməsi üçün fəal işlər görürlər. Dünyada fəaliyyət göstərən yəhudi icmaları hər zaman Azərbaycana dəstək göstərməyə çalışırlar. İnanıram ki, yaxın zamanlardaTürkiyə İsrail münasibətləri də tezliklə düzələcək”,- deyə o, qeyd edib.

Sonda A.Mollazadə Avropa şurasının müharibə zamanı Azərbaycana qarşı sərgilədiyi ikili oyunların səbəblərindən də danışıb.

“Burada da erməni qara qüvvələrinin rolu böyükdür. Koorupsiyaya qurşanmış həyasız parlament siyasətçiləri satılaraq, Azərbaycana qarşı erməni oyunu oynayırlar. Ancaq ermənilər unudurlar ki, Azərbaycan bu gün Avropa şurası üçün enerji təhlükəsizliyi sahəsində böyük rol oynayır. Mən hər zaman bunu Avropa şurasında müzakirələr zamanı deyirəm".

"Azərbaycan faşizmlə mübarizədə bir sıra Avropa ölkələrindən daha çox qurban verib. Azərbaycanın enerjisinin hesabına faşizm dağıdılıb. Ona görə Avropada faşizmin yenidən bərpa olunması bütün dünya üçün  yeni təhlükə kəsb edə bilər. Ermənilərin Nidjenin, SS –in dəyərlərinə əsaslanan ideologiyaları Avropaya ziddir. Ancaq Avropada çox təhlükəli siyasi cərəyanlar var. Biz yenə də şəffaflıq nəticəsində bunların oyunlarına son qoya bilərik”, - deyə o, sonda fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr AÇIQLANDI

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr AÇIQLANDI

Qalmaqala səbəb olan futbolçu “Səbail”dən göndərildi

Qalmaqala səbəb olan futbolçu “Səbail”dən göndərildi

Bakıda işçilər əlbir olub şirkəti TALADILAR

Bakıda işçilər əlbir olub şirkəti TALADILAR

İlham Əliyevin ABŞ-a səfəri başa çatdı

İlham Əliyevin ABŞ-a səfəri başa çatdı

Hafiz Hacıyev: “Bu təxribatın arxasında ermənilər var”

Hafiz Hacıyev: “Bu təxribatın arxasında ermənilər var”

Sumqayıtda I Qarabağ müharibəsinin xanım şəhidi dəfn edildi – YENİLƏNİB/FOTO

Sumqayıtda I Qarabağ müharibəsinin xanım şəhidi dəfn edildi – YENİLƏNİB/FOTO

Naməlum ABŞ təyyarəsi Rusiyanın hava məkanına daxil oldu – FOTO

Naməlum ABŞ təyyarəsi Rusiyanın hava məkanına daxil oldu – FOTO

"Şamaxinka"da ilk dəfə işıqforlar istifadəyə verildi – FOTO

"Şamaxinka"da ilk dəfə işıqforlar istifadəyə verildi – FOTO

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Əhalinin DİQQƏTİNƏ – Bu halda bank kartları xəbərdarlıqsız bloklana BİLƏR

Əhalinin DİQQƏTİNƏ – Bu halda bank kartları xəbərdarlıqsız bloklana BİLƏR

9 nəfər Almaniyadan Azərbaycana geri qayıtdı – SƏBƏB

9 nəfər Almaniyadan Azərbaycana geri qayıtdı – SƏBƏB

Qızıl yenidən kəskin BAHALAŞDI

Qızıl yenidən kəskin BAHALAŞDI

Vaşinqtondakı TƏXRİBAT - Anti-milli ünsürlər erməni lobbisi ilə necə ORTAQ OLDU?

Vaşinqtondakı TƏXRİBAT - Anti-milli ünsürlər erməni lobbisi ilə necə ORTAQ OLDU?

DİQQƏT! Bakının əsas yollarından biri BAĞLI OLACAQ

DİQQƏT! Bakının əsas yollarından biri BAĞLI OLACAQ

Avropa Liqası: “Fənərbağça” məğlub oldu - NƏTİCƏLƏR

Avropa Liqası: “Fənərbağça” məğlub oldu - NƏTİCƏLƏR

Bakı hava limanında qızıl əməliyyatı: "Xəstəyəm" deyib külçələri gizlətmək istədi

Bakı hava limanında qızıl əməliyyatı: "Xəstəyəm" deyib külçələri gizlətmək istədi

Faktiki hava AÇIQLANDI: Bakıda 26 dərəcə isti...

Faktiki hava AÇIQLANDI: Bakıda 26 dərəcə isti...

Zalujnı Zelenski ilə bağlı sensasion faktları AÇIQLADI – Hakimiyyət savaşı ALOVLANIR

Zalujnı Zelenski ilə bağlı sensasion faktları AÇIQLADI – Hakimiyyət savaşı ALOVLANIR

Azərbaycan Hakimlərinin II Forumu KEÇİRİLİR - FOTO

Azərbaycan Hakimlərinin II Forumu KEÇİRİLİR - FOTO

İranda hərbi təyyarə qəzaya uğradı: Ölən var – FOTO

İranda hərbi təyyarə qəzaya uğradı: Ölən var – FOTO

Şimal bölgəsində hava kəskin dəyişdi: Qar yağır

Şimal bölgəsində hava kəskin dəyişdi: Qar yağır

Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR

Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Beyləqan və Yevlaxdakı yanğın söndürüldü

Beyləqan və Yevlaxdakı yanğın söndürüldü

End of content

No more pages to load

RADİO