Baş prokuror ATƏT nümayəndəsi ilə görüşdü - FOTO

Bu gün Azərbaycanın Baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan ATƏT-in Media azadlığı üzrə Nümayəndəsi Tereza Ribeyro ilə görüşüb.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən xəbərə görə, qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycanın ATƏT və onun institutları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu qarşılıqlı münasibətlərin dövlətimizin Avropa ilə inteqrasiya prosesində mühüm rol oynadığını bildirib.

Kamran Əliyev ölkəmizdə söz və mətbuat azadlığının bütün demokratik prinsiplərə cavab verdiyini vurğulayaraq, bu sahədə müsbət nailiyyətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olması, müasir dövrdə isə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə söz və mətbuat azadlıqlarının inkişafı istiqamətində həyata keçirilən siyasət nəticəsində əldə olunduğunu qeyd edib.

Baş Prokuror ölkəmizdə prokurorluq orqanlarının sosial media siyasətini tənzimləyən sənədlər haqqında Tereza Ribeyroya geniş məlumat verərək prokurorluq orqanlarının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, qanunçuluq, hər kəsin qanun qarşısında bərabərliyi, fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarına əməl və hörmət edilməsi, qərəzsizlik, siyasi bitərəflik prinsiplərinin rəhbər tutmasını vurğulayıblar.

Kamran Əliyev həmçinin Baş Prokurorluq tərəfindən KİV-in nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq təşkil olunan görüş və brifinqlər barədə qonağa ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Tereza Ribeyro ikitərəfli münasibətlərə toxunaraq ATƏT-in Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və bütün sahələrdə müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.
Tereza Ribeyro Azərbaycan hökumətinin demokratiyanın möhkəmləndirilməsi, xüsusilə də söz və mətbuat azadlıqlarının istiqamətində atdığı addımların təqdirəlayiq olduğunu vurğulamış və gələcəkdə ATƏT-in Media azadlığı üzrə Nümayəndəliyi tərəfindən azərbaycanlı jurnalistlər və müxtəlif qurumların mətbuat xidməti ilə əlaqəli sahədə çalışan əməkdaşları üçün təlimlərin keçiriləcəyini qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

End of content

No more pages to load

RADİO