İran hakimiyyətinin Ermənistan sevgisi – FOTOFAKT

Bizim.Media məlumat verir ki, İran hökumətinin sözçüsü və Prezidentin Sosial Kommunikasiyalar üzrə Köməkçisi Əli Rabei öz tvitter səhifəsində Ermənistanı yeni il münasibətilə təbrik edib.

Lakin hökümət sözçüsünün sözü gedən təbriki erməni dilində paylaşması xüsusilə diqqət çəkib. 

 

MÖVZU İLƏ BAĞLI:

Səudiyyə müsəlmanlarının erməni sevgisi



Təbrik mətnində erməni dilində “Yeni iliniz mübarək. Ümid edirəm 2021-ci il dünyanın bütün insanları üçün xoşbəxtlik və sağlamlıq ili olacaqdır” sözləri qeyd olunub.

İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanı dəstəkləyən və Azərbaycana əks olan ikili mövqeyi daha əvvəl də məlum idi. Hələ 44 günlük müharibə ərzində İran Ermənistana silah daşınması üçün öz ərazisinin tranzit olaraq istifadəsinə imkan vermişdi. Bu dəfəki təbrik mesajı isə İranın aylar əvvəl olduğu kimi elə indi də Ermənistanın tərəfində olduğunu bir daha ortaya qoyur.

Əli Rabei o şəxsdir ki, 44 günlük müharibə ərzində verdiyi açıqlamalarda İranın Dağlıq Qarabağda sülhün təmin olunması üçün hərbi müdaxilə imkanlarını belə nəzərdən keçirdiyini qeyd etmişdi.

Görünən odur ki, İran 44 gün ərzində Ermənistanı silahlandırması yetərli olmayıb, hətta Ermənistan tərəfdən müharibədə iştirak etmək arzusunda da olub.

Onu da xatırladaq ki, İran hökümət nümayəndəsi Əli Rabei müharibə ərzində verdiyi açıqlamalarda İranın “Azərbaycanın ərazi bütövlüyünü” tanımasını israrala qeyd edirdi. Ancaq indi müharibə bitib və İran hakimiyyəti artıq maskalanmağa ehtiyac duymur.

Ən azından Əli Rabeyinin timsalında Ermənistanı onların öz dillərində təbrik edəcək qədər sevdiklərini nümayiş etdirir.

İran hökümət sözçüsünün Ermənistan sevgisinin səbəbləri tam olaraq bilinməsə də, bu sevginin bütün İran hakimiyyətinin paylaşdığı ortaq bir hiss olduğunu desək yanılmarıq.

Rəvan Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr AÇIQLANDI

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr AÇIQLANDI

Qalmaqala səbəb olan futbolçu “Səbail”dən göndərildi

Qalmaqala səbəb olan futbolçu “Səbail”dən göndərildi

Bakıda işçilər əlbir olub şirkəti TALADILAR

Bakıda işçilər əlbir olub şirkəti TALADILAR

İlham Əliyevin ABŞ-a səfəri başa çatdı

İlham Əliyevin ABŞ-a səfəri başa çatdı

Hafiz Hacıyev: “Bu təxribatın arxasında ermənilər var”

Hafiz Hacıyev: “Bu təxribatın arxasında ermənilər var”

Sumqayıtda I Qarabağ müharibəsinin xanım şəhidi dəfn edildi – YENİLƏNİB/FOTO

Sumqayıtda I Qarabağ müharibəsinin xanım şəhidi dəfn edildi – YENİLƏNİB/FOTO

Naməlum ABŞ təyyarəsi Rusiyanın hava məkanına daxil oldu – FOTO

Naməlum ABŞ təyyarəsi Rusiyanın hava məkanına daxil oldu – FOTO

"Şamaxinka"da ilk dəfə işıqforlar istifadəyə verildi – FOTO

"Şamaxinka"da ilk dəfə işıqforlar istifadəyə verildi – FOTO

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Əhalinin DİQQƏTİNƏ – Bu halda bank kartları xəbərdarlıqsız bloklana BİLƏR

Əhalinin DİQQƏTİNƏ – Bu halda bank kartları xəbərdarlıqsız bloklana BİLƏR

9 nəfər Almaniyadan Azərbaycana geri qayıtdı – SƏBƏB

9 nəfər Almaniyadan Azərbaycana geri qayıtdı – SƏBƏB

Qızıl yenidən kəskin BAHALAŞDI

Qızıl yenidən kəskin BAHALAŞDI

Vaşinqtondakı TƏXRİBAT - Anti-milli ünsürlər erməni lobbisi ilə necə ORTAQ OLDU?

Vaşinqtondakı TƏXRİBAT - Anti-milli ünsürlər erməni lobbisi ilə necə ORTAQ OLDU?

DİQQƏT! Bakının əsas yollarından biri BAĞLI OLACAQ

DİQQƏT! Bakının əsas yollarından biri BAĞLI OLACAQ

Avropa Liqası: “Fənərbağça” məğlub oldu - NƏTİCƏLƏR

Avropa Liqası: “Fənərbağça” məğlub oldu - NƏTİCƏLƏR

Bakı hava limanında qızıl əməliyyatı: "Xəstəyəm" deyib külçələri gizlətmək istədi

Bakı hava limanında qızıl əməliyyatı: "Xəstəyəm" deyib külçələri gizlətmək istədi

Faktiki hava AÇIQLANDI: Bakıda 26 dərəcə isti...

Faktiki hava AÇIQLANDI: Bakıda 26 dərəcə isti...

Zalujnı Zelenski ilə bağlı sensasion faktları AÇIQLADI – Hakimiyyət savaşı ALOVLANIR

Zalujnı Zelenski ilə bağlı sensasion faktları AÇIQLADI – Hakimiyyət savaşı ALOVLANIR

Azərbaycan Hakimlərinin II Forumu KEÇİRİLİR - FOTO

Azərbaycan Hakimlərinin II Forumu KEÇİRİLİR - FOTO

İranda hərbi təyyarə qəzaya uğradı: Ölən var – FOTO

İranda hərbi təyyarə qəzaya uğradı: Ölən var – FOTO

Şimal bölgəsində hava kəskin dəyişdi: Qar yağır

Şimal bölgəsində hava kəskin dəyişdi: Qar yağır

Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR

Uşaqlı qadınlara əlavə kompensasiya veriləcək - YENİ QƏRAR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Beyləqan və Yevlaxdakı yanğın söndürüldü

Beyləqan və Yevlaxdakı yanğın söndürüldü

End of content

No more pages to load

RADİO