Paşinyanın Moskvaya çağırılmasının SƏBƏBLƏRİ bəlli oldu – Rusiya nədən narahatdır?

“Paşinyan elə ona görə Moskvaya çağrıldı ki, regionda Rusiyanın maraq dairəsində olan bir sıra proseslərə aydınlıq gətirsin. Brüssel görüşündən sonra Paşinyanın mövqeyi və bundan sonra atacağı addımlar, təbii ki, Moskvanı maraqlandırır. Rusiya maraqlıdır ki, bu regionda öz nəzarətini saxlasın və Paşinyan bu nəzarətdən çıxmasın”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Fikrət Sadıxov bildirib.

Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında aprelin 19-da baş tutan görüşü şərh edən politoloq İrəvan liderinin səfərini zəruri edən digər məqamlara da toxunub:

“Paşinyana qarşı bir sıra müxalifət qüvvələri baş qaldırıblar. Xüsusilə də, onun parlamentdəki çıxışından sonra Nikola qarşı aksiyalar keçirilməyə başlanılıb. Bu, Paşinyanın özünü narahat edən məqamdır. Görünür, burada Paşinyan və Moskvanın maraqları üst-üstə düşür. Çünki Paşinyanın Moskvanın dəstəyinə ehtiyacı var. O, başa düşür ki, müxalifəti xarici qüvvələr dəstəkləməsə, onu devirmək çox çətin məsələ olacaq. Digər məqamlar isə regional proseslərlə bağlıdır. Ermənistan lideri Rusiyanın regionda atdığı addımları dəstəklədi və gedib Moskvaya baş əyərək onun etibarlı müttəfiqi olduğunu, eləcə də bölgədəki hərbi-siyasi bazasının qorunması haqqında öz dəstəyini bildirdi”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı RAZILAŞDILAR


Fikrət Sadıxov Paşinyanın səfərini Rusiyanın maraqları aspektindən də şərh edib:

“Rusiyada müəyyən narahatçılıq var. Əlbəttə ki, Rusiya uzun müddət ərzində Minsk qrupunun həmsədri kimi proseslərə nəzarət edirdi. Sonradan isə sülhməramlıları Qarabağın ermənilər yaşayan bölgəsində yerləşdirməklə regionun bir hissəsinə nəzarət etməyə başladı. Təbii ki, Minsk qrupu dağılandan sonra Brüsselin öz üzərinə vasitəçilik missiyasını götürməsi, Moskvanı narahat edir. Bu da Paşinyan-Putin görüşündə öz əksini tapdı”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

End of content

No more pages to load

RADİO