Araz çayının üzərində “Xudafərin” və “Qız Qalası” SES-ləri kimdən ötrü tikilir? – TƏHLİL

Xəbər verdiyimiz kimi, Cəbrayıl rayonunda yerləşən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi bitmək üzərədir.

Qarabağda yenidənqurma işlərinin davam etdirilməsi və İran İslam Respublikası ilə energetika siyasəti fonunda əməkdaşlığın yaradılması Azərbaycanın regionda gələcək mövqeyi üçün prioritet məsələlərdən biridir.

Sərhədboyu razılaşdırılmış SES-lərin tikilməsi ən çox hansı tərəf üçün daha faydalıdır? Azərbaycan, yoxsa İran?

Bizim.Media-a danışan siyasi ekspert Elman Vəliyev bildirir ki, bu layihə hər iki ölkə, xüsusilə Azərbaycan üçün qat-qat faydalıdır.

“Layihə 2016-cı ildə aktivləşməyə başladı. Araz çayı üzərində tikiləcək bu SES-lər bölgənin suvarılmasında mühüm rol oynayacaq. Xudafərindən 200 Mvt, Qız qalasından 80 Mvt elektrik əldə ediləcək. Azərbaycan Qarabağın yenidən qurma işlərində bu stansiyalardan minlərlə hektar ərazini suvara bilmə imkanı əldə edəcək”.

Politoloq layihənin maliyyə məsələnin hər iki tərəfin eyni zamanda həll edəcəyini qeyd edib:

“İranın bu layihədə qazancı olmazsa, əminəm ki, imza atmazdı. İran Azərbaycanın öz ərazilərini geri qaytardırdıqdan daha da ehtiyatlı olmağa başladı. İran bölgədəki qazancdan kənar qalmamaq üçün Azərbaycanla "diplomatik dil" tapmağa məcburdur. İran tərəfi də bu SES-lərdən önəmli enerji əldə edəcək. Həmçinin sərhədyanı bölgələrin su problemi üçün də bu İran fayda götürəcək”.

Xatırladaq ki, Azərbaycan üçün yaxın gələcəkdə gözlənilən ən təhlükəli problemlərdən biri də su qıtlığıdır.

Bəs, sözügedən layihə Azərbaycan yaşıl enerji siyasətinə nə kimi töhfələr verə biləcək?

Politoloq Cümşüd Nuriyev sözlərinə görə, bu layihə müəyyən dərəcə su qıtlığı probleminin qarşısını ala bilər.

“İranın həmin ərazisinə açılan düzdən ta Naxçıvan sərhədinə qədər olan ərazidə bizim soydaşlarımız yaşayır və həmin ərazidə su çox ciddi problemdir. Burada su anbarının tikilməsi təkcə SES-lərin tikilməsi ilə nəticələnməyəcək, həm də çox böyük ərazilərin suvarılması həyata keçiriləcək”.

Politoloq SES-lərin tikilməsi üçün düşünülmüş məqsədləri belə şərh edir:

“Azərbaycan tərəfinə Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının işıqla təminatında, həmçinin elektrik enerjisinə təminatında bir kömək olacaq. Bundan başqa, həmin SES-lərin Horadizindən Ağdərəyə qədər ərazilərdə həm suvarılma, həm bağların salınmasında, həm əhalinin su ilə təchiz olunmasında böyük rolu olacaq. Yəni təkcə bunu SES kimi dəyərləndirmək lazım deyil. Eyni zamanda, belə SES-lərin tikilməsi hər iki tərəfin həm suvarmaya olan ehtiyacını qapadacaq, həm də SES-dən alınan yaşıl enerji ümumi enerji təminatı məsələsində mühim rol oynayacaq.
 

Nəzərə alsaq ki, həmin ərazinin əksəriyyəti erməni vandalları tərəfindən darmadağın olunub, hər şey yenidən qurulmalıdır və bu yenidənqurma məsələsində suyun çox önəmin var, ona görə buna yalnız SES kimi yox, ikinci bir tərəfdən də yanaşmaq lazımdır.


Cümşüd Nuriyev hesab edir ki, hər iki ölkənin marağı olduğu üçün bu SES-lər salınır və bu maraqlar da bərabər təminatlıdır. O Azərbaycanın “siyasi balanslaşdırma” siyasətinin vacibiyyətini vurğulayıb. 

“Kiməsə üstünlük vermək və ya ikinci plana atmaq düzgün deyil. Çünki bu dövlətlərarası bir tikinti layihəsidir. Həmin ərazilər işğal altında olan vaxt belə Azərbaycan höküməti İran ilə bu haqda müqavilə imzalayıb, yəni bu əslində həmin ərazilərin Azərbaycanın olduğunu İran hələ 2016-cı ildə təsdiq etmişdi.

Azərbaycan tərəfindən də belə bir təklifin qəbul edilməsi Azərbaycanın həmin ərazilərə sahibləndiyini hüquqi cəhətdən gündəmə gətirmişdi. Azərbaycan prezidenti kifayət qədər uzaqgörən bir iqtisadi strategiyanı icra edir ki, bu iqtisadi strategiya sonra hərbi strategiyaya çevirildi və bizim qələbəyə gedən yolumuzda çox böyük əhəmiyyəti oldu”. 

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm" "

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

End of content

No more pages to load

RADİO