"Ermənistan 5 prinsipi qəbul edir" - Prezident - VİDEO

"Eyni zamanda, Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter almışdır".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

Prezident bildirib ki, Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul edib.

"Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında məlumat verilmişdir, bu məsələ ilə əlaqədar çox da danışmaq istəmirəm. Ancaq, əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və “münaqişə” sözü də yoxdur.

Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir.

Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir.

Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, - bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir.
Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki, həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupları yaradılsın", - dövlət başçısı vurğulayıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beyin travmalarının müalicəsi üçün meduzalardan preparat hazırlandı

Beyin travmalarının müalicəsi üçün meduzalardan preparat hazırlandı

Xocavənddə mina partlayışında xəsarət alanların SON DURUMU

Xocavənddə mina partlayışında xəsarət alanların SON DURUMU

“Sabah” dünənki insidentlə bağlı bəyanat yaydı

“Sabah” dünənki insidentlə bağlı bəyanat yaydı

Dahilər niyə dəliliyin bir addımında olurlar? – Görkəmli şəxsiyyətlərin qəribə vərdişləri

Dahilər niyə dəliliyin bir addımında olurlar? – Görkəmli şəxsiyyətlərin qəribə vərdişləri

Bayıl və Badamdar sakinlərinin NƏZƏRİNƏ

Bayıl və Badamdar sakinlərinin NƏZƏRİNƏ

Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi

Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi

Mərdəkanda FACİƏ: AzTV-nin əməkdaşı dənizdə batdı

Mərdəkanda FACİƏ: AzTV-nin əməkdaşı dənizdə batdı

Supermodel Alessandra Ambrosio evlənir - FOTO

Supermodel Alessandra Ambrosio evlənir - FOTO

Beyləqanda 11 yaşlı oğlanı maşın vurdu - Vəziyyəti ağırdır

Beyləqanda 11 yaşlı oğlanı maşın vurdu - Vəziyyəti ağırdır

Kür çayında batan şəxs AXTARILIR - VİDEO

Kür çayında batan şəxs AXTARILIR - VİDEO

LVMH imperiyasının pərdəarxası: Bernar Arno beş övladı arasında taxt uğrunda gizli mübarizəyə hazırlaşır

LVMH imperiyasının pərdəarxası: Bernar Arno beş övladı arasında taxt uğrunda gizli mübarizəyə hazırlaşır

Cəlilabadda ağır qəza: 3 nəfər xəsarət aldı

Cəlilabadda ağır qəza: 3 nəfər xəsarət aldı

SON DƏQİQƏ: ABŞ və İran atəşkəsin müddətini uzatmaq barədə razılaşdı

SON DƏQİQƏ: ABŞ və İran atəşkəsin müddətini uzatmaq barədə razılaşdı

Ukrayna 26 kəndi geri qaytardı

Ukrayna 26 kəndi geri qaytardı

Birinci ixtisas qrupunda 20 min 150 plan yeri ayrılıb

Birinci ixtisas qrupunda 20 min 150 plan yeri ayrılıb

Xəzər dənizinin səviyyəsinin enməsi bu tarixədək davam edəcək

Xəzər dənizinin səviyyəsinin enməsi bu tarixədək davam edəcək

Ronaldo Messinin atası ilə bağlı paylaşımına şərh yazdı - FOTO

Ronaldo Messinin atası ilə bağlı paylaşımına şərh yazdı - FOTO

Xoşqədəm ailəsi ilə Almaniyada - FOTO

Xoşqədəm ailəsi ilə Almaniyada - FOTO

Taksi sürücüləri üçün imtahan keçiriləcək – Qeydiyyat başladı

Taksi sürücüləri üçün imtahan keçiriləcək – Qeydiyyat başladı

Bu ilin ikinci Günəş tutulması başladı

Bu ilin ikinci Günəş tutulması başladı

Atasının qətlində təqsirləndirilən Ayxana prokuror cəza istəyib

Atasının qətlində təqsirləndirilən Ayxana prokuror cəza istəyib

İrəvandan RƏSMİ ETİRAF: Mövcud Konstitusiya ilə Ermənistanı hər zaman münaqişəyə cəlb etmək mümkündür

İrəvandan RƏSMİ ETİRAF: Mövcud Konstitusiya ilə Ermənistanı hər zaman münaqişəyə cəlb etmək mümkündür

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ

Ukrayna və Moldova dəmir yolu tranziti üzrə mühüm razılığa gəldilər

Ukrayna və Moldova dəmir yolu tranziti üzrə mühüm razılığa gəldilər

End of content

No more pages to load

RADİO