Bu il Azərbaycanın gəlirləri bir neçə milyard dollar artacaq

Azərbaycanın 2022-ci ilin birinci rübündə ixrac etdiyi "Azeri Light” markalı neftin orta qiymətinin 102,7 dollar olması ölkə iqtisadiyyatı üçün olduqca əlverişlidir. Bu qiymət proqnozlaşdırılan qiymətdən (50 dollardan) 52,7 dollar və ya 2,05 dəfə yüksəkdir.

Bizim.Media Sfera.az-a istinadən bildirir ki, hazırda beynəlxalq birjalarda formalaşan qiymətlər 2022-ci ilin iyun ayı üçün razılaşdırılır. Deməli, iyun üçün satılan Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı olmayıb.

Mövcud vəziyyət onu göstərir ki, 2022-ci ildə neftin orta qiyməti ölkəmizdə proqnozlaşdırılan qiymətdən xeyli yüksək olacaq. Müxtəlif qiymətləndirmələrə görə il ərzində orta qiymətin 90-100 dollar səviyyəsində qalma ehtimalı güclüdür.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın neft məhsullarının ixracından gəlirləri artdı


Neftin ucuzlaşma ehtimalı da var. Ehtimal neftin qiymətinin kəskin enəcəyi ilə bağlı deyil. Ən azından siyasi, hərbi və iqtisadi amillər xam neftin kəskin ucuzlaşmasını çətinləşdirir.

Xam neftin dünya qiymətinin səviyyəsinə təsir edən əsas amillərdən biri olan qlobal məcmu tələbin dinamikasında bərpa meyillərini sürətlənir. 2021-ci ildə dünya iqtisadiyyatı, qlobal ticarət və sənaye istehsalı, investisiya qoyuluşları xeyli artıb.

Bu proses cari ildə də davam edir. Qlobal artım və ticarət meyillərinin güclənməsini nəzərə alsaq, neftin qiymətinin kəskin azalması ehtimalı istisna olunur.

Xam neftin qiymətinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətinin böyük olması hamıya bəllidir. Ölkənin əsas ixrac əmtəəsi olan xam neftin qiymətinin artması Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) və Azərbaycan Beynəlxalq Əməkdaşlıq Şirkətinin (ABƏŞ) ödədiyi mənfəət vergisi vasitəsilə büdcəyə birbaşa təsir göstərir.

Neftin qiyməti 50 dollar olduğu təqdirdə neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi 630 milyon manat proqnozlaşdırılıb. Orta qiymət 2 dəfə artarsa, mənfəət vergisi üzrə gəlir 1,25 milyard manatı ötəcək.
Bahalaşan neft Dövlət Neft Fondunun gəlirlərini də ciddi səviyyədə artırır. Neftin barelinin qiymətinin 10 dollar artması Fondun gəlirlərini 1,4 milyard dollar artırır. Əgər ilin yekununda orta qiymət 90 dollar olarsa, Fondun əlavə gəliri 5,6 milyard dollar, 100 dollar olarsa, 7 milyard dollar təşkil edəcək.

Hesablamalara əsasən, bu il neftin orta qiyməti 55 dollar olarsa, Neft Fondunun gəlir və xərcləri tarazlaşacaq. Neftin qiyməti 55 dollardan yüksək olduqda isə büdcədə profisit yaranacaq.

Nəhayət, neftin qiymətinin əlverişli səviyyəyə qalxması Azərbaycanın tədiyə balansında profisitin həcmini artıracaq. Bu hal manatın sabitliyinin güclənməsinə və iqtisadiyyatın daha çox pulla təmin edilməsinə də əsas yaradacaq.
Sadalananlar göstərir ki, neftin bahalaşması ölkəmizin fiskal gəlirlərinin artmasına böyük faydası olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

End of content

No more pages to load

RADİO