“2022-ci ilin yanvar-fevral ayı üzrə SOCAR tərəfindən ötən ilə müqayisədə 108 % artımla 129,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib”.
Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf sosial media hesabında yazıb:
“Ölkə üzrə qeyri-neft ixracının 28 %-i, qeyri-neft məhsullarının ixracı üzrə artımın 51,4 %-i SOCAR-ın payına düşüb”.
Bizim.Media