Mehdiabadda kafe sahibi hesab davası etdi, adam bıçaqladı – TƏFƏRRÜAT

Abşeron rayonunda 1976-cı il təvəllüdlü Ələddin mübahisə zamanı tanışı Ruslana xəsarət yetirib.

Bizim.Media xəbər verir ki, hadisə 22 noyabr 2024-cü ildə Mehdiabad qəsəbəsində baş verib.

Ələddin saat 22 radələrində orta dərəcəli sərxoşluq vəziyyətində iki mərtəbəli tikilinin ikinci mərtəbəsində fəaliyyət göstərən kafedə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə hesabı ödəməkdən boyun qaçırması səbəbindən mübahisə etməyə başlayıb.

Tikilinin birinci mərtəbəsində mağazada təsərrüfat malları satan Ruslan səs-küyü eşidib və kafeyə daxil olub. Ələddinin bir nəfərlə mübahisə etdiyini görüb, yaxınlaşaraq onları aralamaq istəyib.

Ələddin kafedə masadan götürdüyü bıçaqla Ruslanın qarın nahiyəsindən vurub.

Hadisəni törədən Ələddinin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Ələddin ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, 2024-cü ilin avqust ayından Mehdiabad qəsəbəsində iki mərtəbəli tikilinin ikinci mərtəbəsində icarə əsasında kafe işlədir:

“Həmin vaxtdan birinci mərtəbədə təsərrüfat malları satan Ruslanı tanıyıram. Aramızda heç bir düşmənlik və ədavət olmayıb. Ara-sıra kafeyə gəlib yemək yeyib”.

Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 24-də təxminən saat 22 radələrində kafedə üzdən tanıdığı müştəri yeyib-içdikdən sonra hesabını ödəmədiyi üçün aralarında münaqişə yaranıb:

“Ondan pulu ödəməyi tələb etsəm də, mənimlə yüksək tonla danışdığı üçün, özüm də içkili olduğumdan davranışı xoşuma gəlmədi. Aramızda mübahisə yarandı. Onu qorxutmaq üçün masanın üzərindən mətbəx bıçağı götürdüm.

Bu zaman Ruslan və digər müştərilər aralamaq üçün bizə yaxınlaşdılar. Hesabı ödəməyən müştəriyə çox əsəbləşdiyimə görə heç kəs gözümə görünmədi. Bu ərəfədə Ruslanın israrlı şəkildə aralamağa çalışması qəzəbimə səbəb oldu. Ondan getməsini tələb etsəm də, qulaq asmadı. Mən də özümdən asılı olmayaraq bıçaqla Ruslanın qarın nahiyəsinə bir zərbə endirdim.

Zərbənin o qədər ağır olacağını düşünmədim. Fikirləşdim ki, yüngül cızar. Sonradan Ruslanın əlini qarnına tutaraq qaçmasından başa düşdüm ki, xəsarət ağır olub. Onu vuran kimi mübahisə etdiyim şəxs qaçaraq getdi.
 

Əslində Ruslanla aramızda heç bir ciddi şey olmayıb. Daxili İşlər Nazirliyinin 102 xidmətinə özüm zəng edərək bıçaqla adam vurduğumu bildirdim”.


Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ələddin 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ramzan Kadırov seçkilərdə namizəd OLMAYACAQ

Ramzan Kadırov seçkilərdə namizəd OLMAYACAQ

Bakıda on marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bakıda on marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Trampın yeni "uçan saray"ında ilk səfəri - VİDEO

Trampın yeni "uçan saray"ında ilk səfəri - VİDEO

Monakoda partlayış: Ukraynalı oliqarxın sevgilisinin hər iki ayağı amputasiya olundu

Monakoda partlayış: Ukraynalı oliqarxın sevgilisinin hər iki ayağı amputasiya olundu

Bakıda maşın piyadanı vuraraq öldürdü

Bakıda maşın piyadanı vuraraq öldürdü

Bəzi dərmanlar satışdan kənarlaşdırıldı – SƏBƏB

Bəzi dərmanlar satışdan kənarlaşdırıldı – SƏBƏB

Bu ölkədə Azərbaycan sülhməramlıları fəaliyyət göstərir – RƏSMİ

Bu ölkədə Azərbaycan sülhməramlıları fəaliyyət göstərir – RƏSMİ

Rusiya Ukraynada elektronika anbarını məhv etdi - "Porsche" salonuna ziyan dəydi – FOTO

Rusiya Ukraynada elektronika anbarını məhv etdi - "Porsche" salonuna ziyan dəydi – FOTO

Arzum məhkəmə zalında həbs edildi - VİDEO

Arzum məhkəmə zalında həbs edildi - VİDEO

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA

Ukrayna PUA-sı Türkiyəyə düşdü – VİDEO

Ukrayna PUA-sı Türkiyəyə düşdü – VİDEO

FHN-dən parklanma ilə bağlı sürücülərə MÜRACİƏT – VİDEO

FHN-dən parklanma ilə bağlı sürücülərə MÜRACİƏT – VİDEO

Kiyevdə sabah matəm olacaq - VİDEO

Kiyevdə sabah matəm olacaq - VİDEO

Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi - VƏKİLİNDƏN AÇIQLAMA

Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi - VƏKİLİNDƏN AÇIQLAMA

BMT Baş katibi Azərbaycana yeni rezident əlaqələndirici TƏYİN ETDİ

BMT Baş katibi Azərbaycana yeni rezident əlaqələndirici TƏYİN ETDİ

Azərbaycandan Avropaya yaşıl enerji ixrac ediləcək – TARİX AÇIQLANDI

Azərbaycandan Avropaya yaşıl enerji ixrac ediləcək – TARİX AÇIQLANDI

Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO

Alyona Əliyeva Milli Xalça Muzeyində moda nümayişi tədbirində – FOTO

Kəpənəklərdən ibarət "ağ bulud" – FOTO

Kəpənəklərdən ibarət "ağ bulud" – FOTO

“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir

“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi

Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır

Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır

120 il yaşamaq üçün nə edək?

120 il yaşamaq üçün nə edək?

Sertifikasiyadan kəsilən müəllimlərin DİQQƏTİNƏ

Sertifikasiyadan kəsilən müəllimlərin DİQQƏTİNƏ

Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO

Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO

End of content

No more pages to load

RADİO