Dünyaca məşhur repçi Kanye Uest “Coachella” festivalında səhnəyə çıxmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə CNN sənətçiyə yaxın mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, buna səbəb həmkarı Trevis Skottun sözügedən tədbirdə yer almamasıdır.
Belə ki, “Coachella” prodüserləri Hyustonda onlarla insan ölümü və yaralanmasına səbəb olan “Astroworld” festivalından sonra Trevisə “yox” deyib. Kanye həmkarının sözügedən festivaldan ödəniş almayacağını vurğulasa da, qarşı tərəfdən rədd cavabı alıb.
Bundan sonra Kanye “Coachella”dan imtina edib.
Bizim.Media