Daha bir güləşçimiz FİNALA ÇIXDI - Avropa çempionatı

Bu gün Azərbaycanın son 5 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki,  Murad Məmmədov (60 kq) 1/8 finalda Daniel Bobilyoya (İspaniya), Məmmədov 1/4 finalda  Vitali Yeriomenkoya (Moldova) qalib gəlib Murad yarımfinalda türkiyəli Kerem Kamala uduzub.

Həmyerlimiz bürünc medal uğrunda güləşəcək.  Rəqib Razvan Arnaut (Rumıniya) - Helari Maeqisalu (Estoniya) görüşünün qalibi olacaq.

Həsrət Cəfərov (67 kq) 1/8 finalda Vitalis Lazovskiyə (Almaniya), daha sonra Mateuş Bernatekə (Polşa) qalib gəlib. O, finalın bir addımlığında türkiyəli Murat Firara məğlub olub - 0:2.  Cəfərov serbiyalı Sebastyan Nadla bürünc medal üçün güləşəcək.  

Ülvi Qənizadə (72 kq)  ilk görüşdə  Samuel Belşeididən (Almaniya), 1/4 finalda Deyvid Dimitrovdan (Bolqarıstan) üstün olub. O,  yarımfinalda Şmaqi Bolkvadzeyə (Gürcüstan) uduzub və bürünc medal üçün yarışacaq.

Rəqib Leos Drmola (Slovakiya) - Kristupas Sleyva (Litva) qarşılaşmasının qalibi olacaq.

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat Avropa çempionu Rafiq Hüseynov (82 kq)  ilk döyüşdə Petr Novakı (Çexiya), 1/4 finalda Tamaş Levayı (Macarıstan), yarımfinalda  Mixail Braduyu (Moldova) məğlub edərək finala adını yazdırıb. Hüseynovun həlledici görüşdə rəqibi gürcü Gela Bolkvadze olacaq.

Murat Lokyayev (97 kq) 1/8 finalda Arvi Savolaynenə (Finlandiya) uduzub. 

Ancaq rəqib finala yüksəldiyi üçün millimiz üzvü 3-cü yer uğrunda mübarizə aparmaq şansı əldə edib. Lokyayev təsəlliverici görüşdə yunan Laokratis Kesidislə qarşılaşacaq.

Təsəlliverici və medal qarşılaşmaları aprelin 3-də keçiriləcək. Görüşlər Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” Portuqaliyadan hücumçu GƏTİRİR

“Qarabağ” Portuqaliyadan hücumçu GƏTİRİR

Lerikdə yük maşını dərəyə aşdı: Ölən var – FOTO

Lerikdə yük maşını dərəyə aşdı: Ölən var – FOTO

Castin Timberleyklə Cessika Bil arasında YENİ QALMAQAL – Ailələri dağıla bilər

Castin Timberleyklə Cessika Bil arasında YENİ QALMAQAL – Ailələri dağıla bilər

Azərbaycanda quş qripi və Nyukasl xəstəliyi aşkarlanıb? – RƏSMİ

Azərbaycanda quş qripi və Nyukasl xəstəliyi aşkarlanıb? – RƏSMİ

Gəlinini qətlə yetirən qayınana AXTARIŞA VERİLDİ

Gəlinini qətlə yetirən qayınana AXTARIŞA VERİLDİ

MSK-nın yeni üzvləri kimlərdir? -DOSYE

MSK-nın yeni üzvləri kimlərdir? -DOSYE

Xankəndidə qanunsuz inşa edilmiş bütün tikililər sökülməlidir - Eçmiədzin Kilsəsinə SƏRT CAVAB

Xankəndidə qanunsuz inşa edilmiş bütün tikililər sökülməlidir - Eçmiədzin Kilsəsinə SƏRT CAVAB

Xəyal Rza qəzaya DÜŞDÜ – FOTO

Xəyal Rza qəzaya DÜŞDÜ – FOTO

Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirildi - FOTO

Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirildi - FOTO

Geomaqnit qasırğası OLACAQ

Geomaqnit qasırğası OLACAQ

Bakıda 19 yaşlı qızın FACİƏVİ ÖLÜMÜ

Bakıda 19 yaşlı qızın FACİƏVİ ÖLÜMÜ

Birgə yaşadıqları şəxsi pula görə öldürməkdə təqsirləndirilənlərin məhkəməsində GƏRGİNLİK

Birgə yaşadıqları şəxsi pula görə öldürməkdə təqsirləndirilənlərin məhkəməsində GƏRGİNLİK

Tramp: “İnternet insanları psixi cəhətdən xəstə edir” – VİDEO

Tramp: “İnternet insanları psixi cəhətdən xəstə edir” – VİDEO

Paşinyandan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı AÇIQLAMA

Paşinyandan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı AÇIQLAMA

Soyuducuda qatıq mayalamaq olar?

Soyuducuda qatıq mayalamaq olar?

Leyla Əliyevanın İsmayıllı səfərindən maraqlı FOTOLAR

Leyla Əliyevanın İsmayıllı səfərindən maraqlı FOTOLAR

Növbəti 48 saatda səsini yüksəlt: 3 bürc üçün fürsət qapısı açıldı

Növbəti 48 saatda səsini yüksəlt: 3 bürc üçün fürsət qapısı açıldı

Abituriyentlərin NƏZƏRİNƏ: Buraxılış imtahanlarının sual sayı AZALDILDI - RƏSMİ

Abituriyentlərin NƏZƏRİNƏ: Buraxılış imtahanlarının sual sayı AZALDILDI - RƏSMİ

Göygöldə 62 yaşlı qadın dəm qazından boğuldu

Göygöldə 62 yaşlı qadın dəm qazından boğuldu

Bu şəxslər üçün dövlət rüsumu 550 manat OLACAQ

Bu şəxslər üçün dövlət rüsumu 550 manat OLACAQ

Milli Məclis İlham Əliyevi TƏBRİK ETDİ

Milli Məclis İlham Əliyevi TƏBRİK ETDİ

Buraxılış imtahanları ilə bağlı ŞAD XƏBƏR

Buraxılış imtahanları ilə bağlı ŞAD XƏBƏR

“Sabah” Simiçlə bağlı qərarını VERDİ

“Sabah” Simiçlə bağlı qərarını VERDİ

Magistraturaya qəbulda YENİLİK – İmtahanda bu bacarıq da YOXLANACAQ

Magistraturaya qəbulda YENİLİK – İmtahanda bu bacarıq da YOXLANACAQ

End of content

No more pages to load

RADİO