Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, qəza zamanı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza də olduğu avtomobilə ciddi ziyan dəyib. Hadisə nəticəsində avtomobilin ön hissəsi tamamilə yararsız hala düşüb.
Xoşbəxtlikdən qəza zamanı ciddi xəsarət alan olmayıb.
“Allah saxladı, yarım metr fərqlə hər şey başqa cür ola bilərdi”,- deyə qəzadan görüntülər paylaşan Xəyal Rza qeyd edib.
Hadisənin başvermə səbəbləri araşdırılır.




Bizim.Media