Pakistanın Baş nazir İmran Xana qarşı sui-qəsdin qarşısı alınıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Fəvad Çoudri məlumat verib
“Bu məlumatdan sonra hökumətin qərarı ilə Baş nazirin müdafiəsi gücləndirilib”, - F.Çoudri bildirib.
Qeyd edək ki, bir müddət öncə hakim Ədalət Hərəkatı partiyasının lideri Faisal Vawda da Baş nazirə sui-qəsd planının hazırlandığını bildirmişdi.
Bizim.Media