Avropa İttifaqı (Aİ) Azərbaycanın ərazilərin minalardan təmizlənməsi səylərini dəstəkləyir.
Bizim.Media xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Bakıda keçirilən “Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri” üzrə beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib.
P.Mixalko bildirib ki, bu məqsədlə Aİ tərəfindən ANAMA-ya 2.5 milyon avro ayrılıb:
“Dünyada mina qurbanlarının 80%-i dinc insanlar, uşaqlardır. Biz başa düşməliyik ki, mina təmizləmə ilə yanaşı, yeni minaların basdırılmasının qarşısını almalıyıq. Aİ Azərbaycan və Cənubi Qafqaza dəstəyini əsirgəməyəcək. Aİ Azərbaycana minatəmizləmə prosesində ekspert dəstəyi verəcək”.
Bizim.Media