“Yaşımız var, amma qırışlarım olduğu kimi qalır. Botokslarım yoxdur. Tam təbii haldayam. Hər şey özümünküdür”.
Bizim.Media xəbər verir ki, bunu Xalq artisti Tünzalə Ağayeva “Şourum”a müsahibəsində bildirib.
“Görsəm ki, nəyləsə bacarmıram, həkimə gedib deyəcəm ki, gəlmişəm, kömək edin. Hələlik özümü saxlayıram. Həyatdakı ən böyük əskikliyim yaxşı yatmamağımdır. Çünki sağlam və gözəl olmaq üçün yatmaq lazımdır. Düzdür, yuxusuzluq problemim yoxdur. Amma yatmaq üçün gec çatıram. Bu da mənim üçün problemdir”, - deyə sənətçi qeyd edib.
Bizim.Media