“Ana dili – Azərbaycan məktəbi”: xaricdə yaşayan soydaşlarımız üçün II yarımil üzrə Ana dili dərslərinə başlanılır – VİDEO

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlar üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinin 2025–2026-cı tədris ilinin II yarımili üzrə qeydiyyat prosesinə start verilib.

Bizim.Media xəbər verir ki, qeydiyyat üçün son müraciət tarixi 28 yanvar 2026-ci ildir.

Qeydiyyata keçid: //anadili.agma.az/  

Nəzərinizə çatdırırıq ki, II yarımil üzrə dərslərin 1 fevral 2026-cı il tarixində başlaması planlaşdırılır.

Xatırladaq ki, sözügedən layihə ölkəmizdən kənarda yaşayan soydaşlarımızın Azərbaycan dilini məsafədən öyrənmələrini, ana dilini qoruyub saxlamalarını və milli-mədəni dəyərlərimizə bağlılıqlarının gücləndirilməsini hədəfləyən sosial-təhsil yönümlü təşəbbüsdür.
 

“Ana dili – Azərbaycan məktəbi” müxtəlif yaş qruplarını və fərqli dil bilik səviyyələrini əhatə edən onlayn tədris modeli əsasında fəaliyyət göstərir. Layihədə iştirak etmək istəyən şəxslər yaş qrupları, Azərbaycan dilini bilmə səviyyələri və yaşadıqları ölkələrin vaxt zonalarına uyğun şəkildə formalaşdırılan qruplara cəlb olunurlar.


Bu məqsədlə iştirakçılar əvvəlcədən qısa dil səviyyəsi yoxlamasından keçirilirlər. Tədris prosesi təcrübəli və ixtisaslı müəllimlər tərəfindən interaktiv təlim metodları əsasında, əvvəlcədən müəyyən edilmiş qrafik üzrə həftədə 2–3 dəfə “Microsoft Teams” platforması vasitəsilə tam ödənişsiz formada təşkil olunur.

Tədris proqramı yalnız dil bacarıqlarının inkişafını deyil, eyni zamanda Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəni irsi haqqında sistemli biliklərin aşılanmasını da əhatə edir.

Qeyd edək ki, proqramı uğurla bitirən şəxslərə Azərbaycan dilini bilmə haqqında müvafiq səviyyəyə uyğun sertifikat verilir.

Əlavə sual yaranarsa, aşağıdakı əlaqə vasitələrinə müraciət etmək mümkündür:

Elektron poçt: [email protected],

Əlaqə: +994 51 226 71 21 (WhatsApp, Telegram)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətən müharibəsinin XRONİKASI: 12 oktyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 12 oktyabr – VİDEO

İran Hörmüzü keçən gəmilərə xəbərdarlıq etdi

İran Hörmüzü keçən gəmilərə xəbərdarlıq etdi

Zelenski: “Enerji daşıyıcılarının bahalaşmasının Ukrayna ilə əlaqəsi yoxdur”

Zelenski: “Enerji daşıyıcılarının bahalaşmasının Ukrayna ilə əlaqəsi yoxdur”

Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir

Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir

Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi

Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

“Slaviya” Bakıda - VİDEO

“Slaviya” Bakıda - VİDEO

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

ABŞ-da kanadalı ekspert həbs edildi

ABŞ-da kanadalı ekspert həbs edildi

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

End of content

No more pages to load

RADİO