Türkiyənin məşhur aktrisası Hande Erçelin Kaan Yıldırımla sevgili olduğu iddia edilib.
Bizim.Media xəbər verir ki, buna ötən gün ikilinin birlikdə görüntülənməsi səbəb olub. Belə ki, cütlük məkanların birində əyləndikdən sonra eyni avtomobillə ayrılıb.
Aktrisa jurnalistləri görəndə üzünü çevirərək sualları cavabsız qoyub.
Qeyd edək ki, Kerem Bürsindən ötən ay ayrılan Hande Erçel Hadisənin nişanlısı olan Mehmet Dinçerlerin keçmiş sevgilisi olub.
Bizim.Media