Rusiyalı turistlər 15 ölkəyə birbaşa gedə bilərlər.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.
"2022-ci ilin mart ayında xarici daşıyıcılar Rusiyadan birbaşa uçuşlar elan ediblər ki, bu reyslər vasitəsilə turistlər 15 ölkəyə uça bilər. Bunlar Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər, Mərakeş, İran, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Belarusiya, Türkmənistan, Tacikistan, Özbəkistan, Hindistan, Şri-Lankadır”, - deyə assosiasiyadan bildirilib.
Bizim.Media