Azərbaycanda məktəbə başlama vaxtı dəyişir?

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Azərbaycanda üç adamdan ikisi oxuduğu mətni başa düşmür.

Sitat: "Bu, regiona xas xüsusiyyətdir. Bəlkə də, sovet təhsil siteminin qalıqları ilə bağlıdır. Burada hələ görüləcək işlər çoxdur. Hər 3 nəfərdən ikisi Azərbaycanda minimal nəticə göstərib. Yəni 3 adamdan ikisi oxuduğu mətni başa düşmür. Bu, ölçmənin nəticəsidir və çox böyük problemdir. Yüksək oxu bacarıqları olanların faizi isə 0,1-dir".

Bu fonda bəzi vətəndaşlar təklif edib ki, uşaqlar məktəbə 8 yaşından tez başlamasın, təhsil müddəti 10 il olsun və ibtidai siniflərdə proqram uşaqların yaşına daha uyğun qurulsun.

Nazirin çıxışı bu cür ssenarinin mümkünləşməsi üçün siqnal ola bilər? Yaxın dövrlərdə məktəblərlə bağlı radikal dəyişikliklər gözlənilirmi?

Bizim.Media xəbər verir ki, bu barədə Globalinfo.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli danışıb. O deyib ki, nazirin açıqlamasını birbaşa məktəbə başlama yaşının dəyişdirilməsi və təhsil müddətinin qısaldılması ilə əlaqələndirmək düzgün olmaz:

"PISA nəticələri ciddi siqnaldır və nazir də məhz oxu savadlılığının sistemli şəkildə yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. Xüsusilə bəzi bölgələrdə nəticələrin daha aşağı olması göstərdi ki, problemə ümumi yanaşmadan çox, səbəbləri düzgün müəyyənləşdirilmiş və hədəflənmiş tədbirlərə ehtiyac var. Çünki məktəbə başlama yaşının səkkizə qaldırılması və ya təhsil müddətinin 10 ilə endirilməsi ciddi sistem dəyişikliyidir. 

Belə qərar yalnız oxu savadlılığı göstəricilərinə əsasən verilə bilməz. Burada uşaqların inkişaf xüsusiyyətləri, məktəbə hazırlıq, ibtidai sinif proqramlarının məzmunu, müəllim hazırlığı və tədris metodikası kompleks şəkildə araşdırılmalıdır. Hazırda uşaqların birinci sinfə qəbulu mövcud qaydalara əsasən davam edir və 2026-2027-ci tədris ili üzrə qəbul prosesi də bu çərçivədə həyata keçirilib".

Ekspert bildirib ki, yaxın dövrdə əsas diqqət məktəbə başlama yaşını dəyişməkdən əvvəl, mövcud sistem daxilində keyfiyyətin artırılmasına yönələcək:

"Xüsusilə ibtidai siniflərdə oxuyub-anlama, mətnlə işləmə və funksional savadlılığın inkişafı gücləndirilməlidir. Emin Əmrullayevin açıqlamalarında da problemin pedaqoji yanaşmalar və müəllimlərlə iş istiqamətində həllinə ehtiyac olduğu qeyd edilib. 

Ona görə də hazırkı mərhələdə bunu radikal dəyişikliklərin siqnalı kimi yox, təhsil sistemində hansı sahələrə daha ciddi müdaxilələrin lazım olduğunu göstərən mühüm diaqnostik nəticə kimi qiymətləndirmək lazımdır. Əgər gələcəkdə məktəbə başlama yaşı, təhsil müddəti ilə bağlı dəyişikliklər gündəmə gələcəksə, bunun geniş müzakirə və tədqiqatlardan, həmçinin pilot tətbiqlərdən sonra həyata keçirilməsi daha doğru yanaşma olar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

Kreml S-400 raket sistemlərinin Türkiyədən dost ölkəyə ötürülməsinə İCAZƏ VERDİ

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

ADY dəmir yolunun təhlükəsizliyi sahəsində süni intellekt imkanlarını genişləndirir- FOTO

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

Sürüşmə baş verən Quba-Xınalıq yolunda son vəziyyət – VİDEO

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Çexiya "Eurovision 2027"də iştirak etməyəcək? – VİDEO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dubaydan Təl-Əvivə uçan daha bir təyyarə geri qayıdır – FOTO

Dilan Polat nəzarətə götürüldü

Dilan Polat nəzarətə götürüldü

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Sabah 104 mindən çox uşaq üçün ilk dərs BAŞLAYIR

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Hasan Şaşın narkotik testi müsbət çıxdı

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Həbsdə “lüks həyat” yaşayır - Məhbuslar ona yemək bişirir

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Xocavənd şəhərində daha 55 nəfər doğma yurduna qovuşdu - VİDEO

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

End of content

No more pages to load

RADİO