Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ

Yeni ilin ilk ayında pensiyaçılara veriləcək artımla bağlı gözləntilər artıq indidən formalaşmağa başlayıb. Hazırkı göstəricilər və əməkhaqqı dinamikası 2027-ci ilin yanvarında əmək pensiyalarının nəzərəçarpacaq dərəcədə artırıla biləcəyini deməyə əsas verir. Hətta ilkin hesablamalarda indeksasiyanın 10 faizdən yüksək olması, 10-14 faiz intervalında formalaşması ehtimalı da istisna edilmir.

Məsələnin əsasını əməkhaqqının artımı təşkil edir.

Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsi əvvəlki ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun həyata keçirilir. 2026-cı ilin ilk yarısında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 1 174,4 manata çatıb. Bu göstərici artıq gələn ilin pensiya artımı üçün müəyyən baza formalaşdırır.

Burada diqqətçəkən məqam odur ki, ilin ilk altı ayında əməkhaqqının 7 faiz artmasından sonra ikinci yarıda artım tempinin avtomatik şəkildə kəskin zəifləyəcəyini düşünmək üçün ciddi əsas yoxdur. Əksinə, qiymətlərin yüksəlməsi əməkhaqlarının nominal ifadədə artırılması təzyiqini gücləndiror. Əgər ilin ikinci yarısında da əməkhaqqı artımı 7 faiz ətrafında və ya daha yüksək səviyyədə qalarsa, 2026-cı ilin yekun əməkhaqqı göstəricisinin pensiya indeksasiyası üçün daha yüksək baza yaratması mümkündür.

Bu baxımdan, 2027-ci ilin yanvarında pensiyaların 10 faizdən yuxarı indeksləşdirilməsi ehtimalını da nəzərdən keçirmək lazımdır. Təbii ki, yekun faiz yalnız 2026-cı ilin tam statistik göstəriciləri formalaşdıqdan sonra məlum olacaq. Lakin əməkhaqqı dinamikasının ikinci yarıda da yüksək qalması halında 10-14 faizlik indeksasiya ssenarisi real ehtimal kimi qiymətləndirilir.

Belə artım pensiyaçılar üçün kifayət qədər ciddi fərq yaradacaq.

Məsələn, hazırda 500 manat pensiya alan şəxs üçün 10 faizlik indeksasiya 550 manat, 12 faizlik artım 560 manat, 14 faizlik artım isə 570 manat pensiya deməkdir. 600 manat pensiyada isə müvafiq olaraq 660, 672 və 684 manat alınır.

429,30 manat pensiya alan vətəndaş üçün isə mənzərə belədir: 10 faiz artım zamanı pensiya 472,23 manata, 12 faiz artım zamanı 480,82 manata, 14 faiz artım zamanı isə 489,40 manata yüksələ bilər. Bunlar yalnız indeksasiyanın hesablanmasıdır və əlavə sosial qərarlar qəbul olunarsa, yekun məbləğ daha da yüksək ola bilər.

Üstəlik, pensiya məsələsinə yalnız indeksasiya mexanizmi çərçivəsində baxmaq düzgün olmaz. Azərbaycanda orta aylıq əməkhaqqının regional müqayisədə Ermənistan və Gürcüstandan geri qalması məsələsi də vaxtaşırı gündəmə gəlir. Müxtəlif müqayisələrdə Azərbaycanın orta əməkhaqqının Cənubi Qafqazın digər iki ölkəsinin göstəricilərindən aşağı olduğu göstərilir.

Bu vəziyyət hökumətin qarşısında daha mühüm sosial-iqtisadi vəzifə qoyur: əhalinin gəlirlərinin və xüsusilə sosial ödənişlərin real alıcılıq qabiliyyətinin qorunması. Əməkhaqqı ilə pensiyalar arasında müəyyən əlaqənin saxlanılması sosial siyasətin mühüm elementidir.

Ona görə də 2027-ci ilin əvvəlində təkcə qanunla nəzərdə tutulan indeksasiyanın tətbiqi ilə kifayətlənilməməsi ehtimalı da müzakirə oluna bilər.

Hökumət gələn ilin birinci yarısında yeni sosial paket qəbul edərsə, bu paket çərçivəsində əmək pensiyalarına indeksasiyadan əlavə müəyyən artımların verilməsi də mümkündür.

Azərbaycanda bunun nümunələri əvvəllər də olub: bəzi illərdə indeksasiya ilə yanaşı əlavə maddi dəstək və sosial ödənişlər həyata keçirilib.

Deməli, qarşıdakı dövrdə pensiyaçılar üçün iki ayrı artım imkanından danışmaq olar. Bunlardan birincisi, əməkhaqqının illik artımına uyğun olaraq qanunvericilik əsasında həyata keçiriləcək məcburi indeksasiyadır. İkincisi isə dövlətin sosial siyasət qərarından asılı olacaq əlavə artım və ya sosial paketdir.

Əgər əməkhaqqının illik artımı 10 faizdan yuxarı (böyük ehtimalla) formalaşarsa, pensiyaçılar yanvar ayında artıq qanuni indeksasiya hesabına ciddi artım görə bilərlər. Əməkhaqqı dinamikası 10-14 faiz intervalına yaxınlaşarsa, pensiya artımının da bu diapazonda olması mümkündür. Bunun üzərinə hökumətin əlavə sosial dəstək qərarı gəlsə, pensiyaçının gəlirində faktiki artım indeksasiya faizindən də yüksək ola bilər.

Burada daha bir vacib məqam var.

2026-cı ildə pensiyalar 9,3 faiz indeksləşdirilib və bu artım üçün dövlət büdcəsindən illik əlavə 640 milyon manat vəsait ayrılıb. Bu, dövlətin pensiya artımlarının maliyyələşdirilməsi üçün kifayət qədər böyük resurs ayıra bildiyini göstərir.

Ona görə də 2027-ci ilin yanvarı pensiyaçılar üçün sıradan bir indeksasiya dövrü yox, sosial siyasət baxımından mühüm mərhələ ola bilər. Əməkhaqqı artımı yüksək qalarsa, 14 faizlik indeksasiya artıq kifayət qədər real ssenariyə çevrilə bilər. Əlavə sosial paket qəbul olunacağı təqdirdə isə pensiyaçılar üçün bundan da böyük müjdə mümkündür.

Başqa sözlə, hazırkı göstəricilər əsasında ən ehtiyatlı yanaşma belə deməyə imkan verir: 2027-ci ilin əvvəlində pensiyaların artacağı demək olar ki, gözlənilən prosesdir, əsas sual isə artımın neçə faiz olacağıdır. Hazırkı tendensiyalar 10 faizdən yuxarı artım ehtimalını gündəmdə saxlayır. (mənbə: globalinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

End of content

No more pages to load

RADİO