Bakının bu qəsəbələrində həyət evləri kəskin ucuzlaşır

Ötən yaz aylarında müşahidə olunan şiddətli yağışlar Bakı və Abşeron yarımadasında infrastruktur çatışmazlığı olan ərazilərdə fərdi yaşayış mənzillərinin zəif tərəflərini bir daha üzə çıxardı. Payız mövsümünün gəlişi və yağmurların başlaması ilə daşınmaz əmlak bazarında subasma riski yüksək olan konkret qəsəbələr üzrə qiymətlərin enməsi gözlənilir.

Ekspertlərin təhlillərinə və bazar göstəricilərinə əsasən, payızda ümumi bazar sabit qalsa da, zərərçəkmiş zonasında yerləşən evlərin qiymətində 8%-dən 18%-ədək ciddi ucuzlaşma proqnozlaşdırılır.

Bizim.Media Yeni Sabah-a istinadla xəbər verir ki, ucuzlaşma dinamikası əsasən relyef baxımından çökəklikdə yerləşən, qrunt sularının səviyyəsi yüksək olan və mərkəzləşdirilmiş drenaj sistemi bulunmayan qəsəbələrdə daha qabarıq özünü göstərəcək.

Konkret olaraq, Sabunçu rayonunun Zabrat, Maştağa, Savalan yaşayış massivi və Ramana qəsəbələrində yerləşən, keçən mövsümdə həyətyanı sahələrini su basmış evlərin kvadratmetrinin orta qiymətində 12-15% civarında düşmə gözlənilir.
 

Əvvəllər orta hesabla 50.000–60.000 manat aralığında təklif olunan 3 otaqlı təmirsiz və ya zəif təmirli fərdi evlərin qiymətinin 42.000–50.000 manat diapazonuna qədər geriləyəcəyi proqnozlaşdırılır.


Oxşar mənzərə Abşeron rayonunun Xırdalan şəhərinin aşağı hissələrində, Masazır qəsəbəsinin duz gölü ətrafındakı dik yoxuş və çökək ərazilərində, həmçinin Mehdiabad və Saray qəsəbələrinin infrastrukturdan kənar massivlərində də gözlənilir. Bu ərazilərdə subasma fəsadları tam aradan qaldırılmayan mülklər üçün alıcıların tələb etdiyi endirim faizi 10-18% təşkil edir.

Məsələn, Masazırın aşağı massivlərində yağış sularının toplandığı küçələrdəki 70.000 manatlıq həyət evlərinin real satış qiymətinin 58.000–62.000 manat səviyyəsinə düşəcəyi ehtimal olunur.

Su və kanalizasiya xətləri qaydasında olmayan Suraxanı (Bülbülə, Hövsan) və Binəqədi (Binəqədi qəsəbəsi, "Baksol" yolu ətrafı) ərazilərində isə ucuzlaşmanın 8-12% aralığında olacağı bildirilir.

Rəqəmsal göstəricilər təsdiq edir ki, alıcılar artıq təkcə evin daxili kvadratmetrinə deyil, torpağın drenaj imkanlarına üstünlük verirlər. Nəticədə, subasma riski olan qəsəbələrdə likvidlik — yəni evin tez satılma imkanı 25-30% azalacaq və bu evlər bazarda daha uzun müddət alıcısız qalacaq. Əksinə, nisbətən hündür ərazilərdə və infrastrukturu tam olan qəsəbələrdə (Mərdəkan, Şüvəlan, Bilgəh kimi təhlükəsiz zonalarda) həyət evlərinin qiymətləri sabit qalacaq, hətta tələbatın ora yönəlməsi hesabına 3-5% qiymət artımı müşahidə ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

End of content

No more pages to load

RADİO