Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord

Sakit okeanda “El Nino” hadisəsinin son 150 ilin ən güclüsü olacağı barədə xəbərdarlıqlar artır. Proqnozlara görə, okeandan atmosferə böyük miqdarda istiliyin ötürülməsi qlobal istiləşmə ilə üst-üstə düşərək 2027-ci ilin rekord isti illərdən biri olmasına səbəb ola bilər.

Bəs “El Nino” nədir və onun güclənməsi hava şəraitinə necə təsir göstərə bilər? 2027-ci ildə bizi anomal istilər, quraqlıq və digər ekstremal hava hadisələri gözləyirmi?

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan iqlimşünas, ekoloq Məhərrəm Mehdiyev deyib ki, bu məsələdə alimlər də, praktiklər də, elmi tədqiqat aparan mütəxəssislər də ikitərəfli fikirlər səsləndirirlər:

“Yəni bəziləri hazırda alimlərin verdiyi proqnozları dəstəkləyir, bəziləri isə bu məsələyə bir qədər skeptik yanaşır. Mənim apardığım tədqiqatlar və əldə etdiyim biliklər onu göstərir ki, rekord istilərlə bağlı gözləntilər bir qədər şişirdilib. İstilər ola bilər, ancaq bunun rekord həddə çatacağı, fikrimcə, o qədər də gözlənilən deyil”.

“El Nino” hadisəsinə gəlincə, ekoloq bildirib ki, bu hadisə Sakit okeanda, Çili sahillərinə yaxın ərazidə baş verir:

“Orada isti hava kütləsi yaranır. Bunun necə formalaşması ilə bağlı isə hələ də tam dəqiq və sübut olunmuş məlumatlar yoxdur. Hesab olunur ki, Sakit okeanda yaranan isti hava kütləsi Amerika qitəsinə doğru hərəkət edir, Karib adaları və ekvatoru keçərək Avropaya, daha sonra isə bizim tərəflərə gəlib çatır.

“El Nino” ümumilikdə, Sakit okeanın Çili sahillərinə yaxın ərazilərində baş verən istiləşmə hadisəsidir. Güman edilir ki, hazırkı “El Nino” ilə bağlı məlumatlar ötən ilin sentyabr-oktyabr aylarında əldə edilmiş və açıqlanmışdı. Bu hadisənin ömrü təxminən 11-12 ay çəkir. Beləliklə, onun rekord həddə çatması ilə bağlı ciddi şübhələrimiz var. Çünki “El Nino” hadisəsindən sonra “La Nina” hadisəsi baş verir ki, bu da temperaturu yumşaldaraq soyuma istiqamətində dəyişiklik yaradır”.

İqlimşünas hesab edir ki, qarşıdakı dövrdə müşahidə olunacaq temperatur təxminən indiki istilər səviyyəsində olacaq:

“Sentyabrın 15-20-nə qədər temperaturun təxminən 25-30 dərəcə arasında qalacağı ehtimal olunur. Bakıda isə vəziyyət bir qədər fərqlidir, çünki burada bürkü yüksəkdir. Rütubət artdıqca dənizin istiliklə əlaqədar buxarlandırdığı nəm havadakı istiliyin təsirini saxlayır və bu proses oktyabra qədər davam edə bilir”.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik

Nil Özalp saxlanıldı

Nil Özalp saxlanıldı

Bağçada işləmək istəyənlərə şad xəbər

Bağçada işləmək istəyənlərə şad xəbər

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

TDT-nin baş katibi: "Azərbaycanın Zəfəri türk dünyası üçün örnəkdir"

TDT-nin baş katibi: "Azərbaycanın Zəfəri türk dünyası üçün örnəkdir"

Tərtərdə avtomobil mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

Tərtərdə avtomobil mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb - FOTO

“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb - FOTO

"Flydubai" reysində sərnişinləri xilas edən şəxs santexnik imiş - Netanyahu ilə SƏMİMİ SÖHBƏT - FOTO/VİDEO

"Flydubai" reysində sərnişinləri xilas edən şəxs santexnik imiş - Netanyahu ilə SƏMİMİ SÖHBƏT - FOTO/VİDEO

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Misirdə Roma dövrünə aid sərdabə tapıldı – FOTO

Misirdə Roma dövrünə aid sərdabə tapıldı – FOTO

Dönəri görün hansı şəraitdə hazırlayırlar? - ŞOK FOTOLAR

Dönəri görün hansı şəraitdə hazırlayırlar? - ŞOK FOTOLAR

Ağstafada müəllim yoldaşı tərəfindən döyülən qadının SON DURUMU

Ağstafada müəllim yoldaşı tərəfindən döyülən qadının SON DURUMU

26 yaşlı Elnur Rüstəmovun öldürülməsinin təfərrüatı – FOTO-VİDEO

26 yaşlı Elnur Rüstəmovun öldürülməsinin təfərrüatı – FOTO-VİDEO

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

End of content

No more pages to load

RADİO