XİN: ''Lüksemburq bölgədə ədavətin alovlandırılmasında maraqlıdır''

Azərbaycan Xarici İşlər Nazirliyi Lüksemburq Böyük Hersoqluğunun Deputatlar Palatası tərəfindən Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi ilə bağlı qərəzli qətnaməyə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Nazirlik bəyanat yayıb. Məlumatda deyilir:

''24 dekabr 2020-ci il tarixində Lüksemburq Böyük Hersoqluğunun Deputatlar Palatası tərəfindən Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi ilə bağlı qərəzli qətnamə qəbul edilib.

Parlamentin Xristian-Sosialist Siyasi Partiyasının ermənipərəst üzvü Klod Viseler tərəfindən irəli sürülən bu qətnamədə bölgədəki vəziyyətlə bağlı həqiqətlər təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı tamamilə əsassız ittihamlar irəli sürülür.

 
Qətnamənin hər hansı hüquqi qüvvəsinin olmamasına rəğmən, Lüksemburq Parlamentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olan sənədlərlə çıxış etməsi, bölgədəki vəziyyəti öyrənmədən yanlış ittihamlar irəli sürməsi bu qurumun qərəzli mövqeyindən xəbər verir.

Lüksemburq qanunverici qurumunun üzvləri əgər bölgənin, o cümlədən Ermənistanın gələcəyini düşünsəydilər, o zaman 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, bölgədə sülh, təhlükəsizik və rifahın yaradılması üçün yeni əməkdaşlıq imkanlarından faydalanmaq fikirlərini təşviq edərdilər.

Görünən isə odur ki, Lüksemburq Parlamentini bölgədəki uzunmüddətli münaqişənin həlli, BMT TŞ qətnamələrinin həyata keçirilməsi, onilliklərdir fundamental hüquqları pozulan məcburi köçkünlərin hüquqlarının bərpa olunması ilə yaranmış yeni vəziyyətlə yox, bölgə dövlətləri arasında ədavətin alovlandırılmasında maraqlıdır.

Vurğulamaq istərdik ki, bu kimi təxribat xarakterli və qərəzli sənədlərin qəbulu bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneə ola bilməyəcək''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sel və daşqın olacaq – Əhaliyə ÇAĞIRIŞ

Sel və daşqın olacaq – Əhaliyə ÇAĞIRIŞ

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib – FOTO

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib – FOTO

Gündəmi zəbt edən 14 yaşlı qız sığınacağa niyə YERLƏŞDİRİLMİR?

Gündəmi zəbt edən 14 yaşlı qız sığınacağa niyə YERLƏŞDİRİLMİR?

İran ordusu ABŞ gəmilərini ATƏŞƏ TUTDU

İran ordusu ABŞ gəmilərini ATƏŞƏ TUTDU

Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ

Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ

İyunda 10 gün İŞ OLMAYACAQ

İyunda 10 gün İŞ OLMAYACAQ

Bakıda fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı

Bakıda fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı

Kabab sevənlərin nəzərinə

Kabab sevənlərin nəzərinə

Azərbaycanda bəzi cərimələr ləğv olunacaq

Azərbaycanda bəzi cərimələr ləğv olunacaq

Dubayda raket təhlükəsi XƏBƏRDARLIĞI - FOTO

Dubayda raket təhlükəsi XƏBƏRDARLIĞI - FOTO

Hörmüzdə KRİTİK SAATLAR – Bu gün savaş yenidən başlaya bilər

Hörmüzdə KRİTİK SAATLAR – Bu gün savaş yenidən başlaya bilər

İnsan yeyən timsah helikopterlə belə tutuldu – ANBAAN VİDEO

İnsan yeyən timsah helikopterlə belə tutuldu – ANBAAN VİDEO

Burak Özçivit bu serialda rol alacaq - Fotolar

Burak Özçivit bu serialda rol alacaq - Fotolar

Bu şəxslərə qapı AÇMAYIN - Qohum olsa belə

Bu şəxslərə qapı AÇMAYIN - Qohum olsa belə

Mikkelslə bağlı qərar VERİLDİ

Mikkelslə bağlı qərar VERİLDİ

Qayınana gəlinini güllələyəndən sonra pəncərəyə çıxıb siqaret çəkdi – FOTO

Qayınana gəlinini güllələyəndən sonra pəncərəyə çıxıb siqaret çəkdi – FOTO

Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK

Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK

Bakıda xüsusi hərəkət zolaqları yaradılır – BU KÜÇƏLƏRDƏ

Bakıda xüsusi hərəkət zolaqları yaradılır – BU KÜÇƏLƏRDƏ

Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş TƏSDİQLƏNDİ

Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş TƏSDİQLƏNDİ

Azərbaycanlı aktrisaya ağır itki – FOTO

Azərbaycanlı aktrisaya ağır itki – FOTO

Hava kəskin dəyişir: Dolu düşəcək, qar yağacaq – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Dolu düşəcək, qar yağacaq – XƏBƏRDARLIQ

Ekzemadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Həkimsiz, dərmansız sadə üsulla sağala bilərsiniz

Ekzemadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Həkimsiz, dərmansız sadə üsulla sağala bilərsiniz

Prezident Azərbaycan xalçaçılarını təltif etdi – SİYAHI

Prezident Azərbaycan xalçaçılarını təltif etdi – SİYAHI

“Space”in yeni baş direktoru Ayaz Mustafayev kimdir? – DOSYE

“Space”in yeni baş direktoru Ayaz Mustafayev kimdir? – DOSYE

End of content

No more pages to load

RADİO