Yaxın Şərqdə gərginlik ARTIR - Neft BAHALAŞACAQ?

Yaxın Şərqdəki gərginlik qlobal bazarlara ciddi şəkildə təsir etməkdədir. ABŞ-ın və yaxud İranın hər hansı bir hücumundan sonra xüsusilə də neftin qiyməti sürətlə bahalaşır.

Təsadüfi deyil ki, ötən həftənin son günlərində neftin qiyməti yenidən 100 dolları keçdi. Amma son iki gündə davam edən nisbi sakitlik qiymətlərdə bir qədər sabitlik yaratdı. Amma bu “sabitlik” uzun sürə bilməz. Nəinki hücumlar, hətta siyasi bəyanatlar hesabına neftin qiyməti yenidən sıçraya bilər.

Bəs neftin qiyməti hansı həddə qədər bahalaşa bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, bu barədə konkret fikir söyləmək çətindir:

“Çünki ortada nə sülh var, nə müharibə... Sadəcə əzələ nümayişi var. Təbii ki, arada silahlar da danışır. Məhz bu faktora görə neftin qiyməti oynayır. Qeyd edək ki, Fars körfəzi ilə bağlı istənilən informasiya qlobal bazarda neftin qiymətinə təsir edir. Bu da təsadüfi deyil. Çünki qlobal bazarın ehtiyaclarının ən azı 20 faizi Hörmuz boğazından keçir.
Təsadüfi deyil ki,  Yaxın Şərqdə baş verənlər son aylarda neftin qiymətini ən azı 2 dəfə bahalaşdırdı.

Bu dəfə proseslər daha neqativ istiqamətdə inkişaf etsə, o zaman neftin qiyməti rekord səviyyədə bahalaşa bilər.

Əgər silahlar yenidən dillənsə  və bu proses uzun müddətli olsa o zaman neftin qiymətində impulsiv sıçrayışlar qaçılmaz olacaq. Qiymət artımının 200 dolları keçib, keçməyəcəyini deməksə, bir qədər çətindir. Çünki bazarda qiymətləri tələblə təklif müəyyən edir. Amma aldadıcı alətlər də bazara təsir edə bilir. Məhz bu alətlər hesabına neftin bir barrelinin qiyməti 200 dollardan da yuxarı qalxa bilər. Bu qiymət sıçrayışı dayanıqlı olsa, o zaman qlobal bazarda çox böyük təlatümlər ola bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan–Özbəkistan əlaqələri iqtisadiyyat və nəqliyyat sahələrində GENİŞLƏNİR

Azərbaycan–Özbəkistan əlaqələri iqtisadiyyat və nəqliyyat sahələrində GENİŞLƏNİR

Sumqayıtda 14 yaşlı iki qız itkin düşüb — FOTO

Sumqayıtda 14 yaşlı iki qız itkin düşüb — FOTO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Tokayev: “Prezident vəzifəsinə yenidən seçilmək hüququm var”

Tokayev: “Prezident vəzifəsinə yenidən seçilmək hüququm var”

İlham Əliyev və Mehriban Əliyeva Özbəkistanda - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Özbəkistanda - VİDEO

İlham Əliyevin təyyarəsi Daşkəndə çatdı - VİDEO

İlham Əliyevin təyyarəsi Daşkəndə çatdı - VİDEO

Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq

Bu ölkəyə 30-dan çox hücum - Ordu hazır vəziyyətə gətirildi

Bu ölkəyə 30-dan çox hücum - Ordu hazır vəziyyətə gətirildi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Tokayev: “Yeni parlamentə seçkilər böyük işlərin başlanğıcıdır”

Tokayev: “Yeni parlamentə seçkilər böyük işlərin başlanğıcıdır”

Gəncədə 79 yaşlı qadının meyiti tapılıb

Gəncədə 79 yaşlı qadının meyiti tapılıb

Avtobus dərəyə yuvarlandı - Ölənlər və yaralananlar var – VİDEO

Avtobus dərəyə yuvarlandı - Ölənlər və yaralananlar var – VİDEO

Daşkənd İlham Əliyevi qarşılayır – VİDEO

Daşkənd İlham Əliyevi qarşılayır – VİDEO

Maşında ürəkbulanmanın yaranma SƏBƏBİ

Maşında ürəkbulanmanın yaranma SƏBƏBİ

Özbəkistanlı jurnalistdən Azərbaycana: “Bizim ailəmiz Türk dünyasıdır”- VİDEO

Özbəkistanlı jurnalistdən Azərbaycana: “Bizim ailəmiz Türk dünyasıdır”- VİDEO

Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir - Həkimlərdən xəbərdarlıq

Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir - Həkimlərdən xəbərdarlıq

Qazaxdakı dəhşətli qəzada ölənlərin sayı ARTDI – ADLAR

Qazaxdakı dəhşətli qəzada ölənlərin sayı ARTDI – ADLAR

Alimlər xərçənglə mübarizədə adi mayadan istifadə etməyə çalışırlar

Alimlər xərçənglə mübarizədə adi mayadan istifadə etməyə çalışırlar

Türkiyədə dini təşkilatda BÖYÜK ƏMƏLİYYAT - Rəhbəri və həyat yoldaşı həbs olundular

Türkiyədə dini təşkilatda BÖYÜK ƏMƏLİYYAT - Rəhbəri və həyat yoldaşı həbs olundular

Daşkənd küçələri Azərbaycan və Özbəkistan bayraqları ilə bəzədilib

Daşkənd küçələri Azərbaycan və Özbəkistan bayraqları ilə bəzədilib

Xəzərdə qaldırıcı qurğu aşdı - Ölən var

Xəzərdə qaldırıcı qurğu aşdı - Ölən var

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə propan göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə propan göndəriləcək

7 yaşlı oğlunu 2000 metr yüksəklikdə tək qoydu

7 yaşlı oğlunu 2000 metr yüksəklikdə tək qoydu

Qazaxda ağır QƏZA -Ölən var

Qazaxda ağır QƏZA -Ölən var

End of content

No more pages to load

RADİO