Almaniyada təyyarə yaşayış evinə çırpılıb: iki nəfər həlak olub

Almaniyada göyərtəsində iki nəfərin olduğu yüngülmühərrikli təyyarə qəzaya uğrayaraq fərdi yaşayış evinin damına çırpılıb. Nəticədə hər iki pilot həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Hadisə səhər saat 11:00 radələrində Aşağı Saksoniya əyalətinin Oldenburq şəhəri yaxınlığında yerləşən Qanderkeze bələdiyyəsində baş verib. Yüngülmühərrikli təyyarə hündürlüyünü itirməyə başlayıb və burun hissəsi ilə fərdi evin damına çırpılıb. Zərbənin təsirindən dam deşilib və tikiliyə ciddi ziyan dəyib.

Hadisə barədə məlumat daxil olduqdan sonra qəza yerinin ətrafındakı 100 ev təxliyə edilib, həmçinin həmin ərazi üzərində hava məkanı bağlanıb.

Əvvəlcə təyyarənin qalıqları arasında bir nəfərin meyiti aşkarlanıb. Daha sonra isə deformasiyaya uğramış təyyarənin içərisində sıxılmış vəziyyətdə olan ikinci şəxsin cəsədi tapılıb.

Birinci və ikinci mərtəbələr arasındakı pilləkən hissəsində ilişib qalan təyyarənin çıxarılması üçün xilasedicilər krandan istifadə ediblər. Əməliyyat təxminən beş saat davam edib.

Xoş təsadüf nəticəsində ev sakinləri hadisə zamanı məzuniyyətdə olduqları üçün xəsarət almayıblar.

Hava hərəkətinin izlənilməsi xidmətlərinin məlumatına görə, qəzaya uğrayan təyyarə uzunluğu təxminən 8 metr olan Tecnam P2010 TDI modelidir. Təyyarə səhər saatlarında Bremen şəhərindən havaya qalxıb, Ganderkezee aerodromunda qısa müddətlik eniş edib və oradan yenidən havaya qalxdıqdan cəmi altı dəqiqə sonra qəzaya uğrayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Blokları “anbar”a çevirən sakinlərə XƏBƏRDARLIQ

Blokları “anbar”a çevirən sakinlərə XƏBƏRDARLIQ

Ceki Çan Azərbaycandan danışıb kövrəldi -VİDEO

Ceki Çan Azərbaycandan danışıb kövrəldi -VİDEO

M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır - FOTO

M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır - FOTO

Xoşbəxt insanların beş vərdişi — Heç bir xərc tələb etmir

Xoşbəxt insanların beş vərdişi — Heç bir xərc tələb etmir

ABB Özbəkistanda “ABB Davr” Bankın fəaliyyətinə start verib

ABB Özbəkistanda “ABB Davr” Bankın fəaliyyətinə start verib

Ərinin ölümünü intihar kimi göstərmək istədi - Sabunçudakı qətlin üstü açıldı

Ərinin ölümünü intihar kimi göstərmək istədi - Sabunçudakı qətlin üstü açıldı

Ağdaşda attraksion aşdı, bacı-qardaş yaralandı - VİDEO

Ağdaşda attraksion aşdı, bacı-qardaş yaralandı - VİDEO

Peskov: “Ermənistan KTMT-dən çıxmaqda sərbəstdir”

Peskov: “Ermənistan KTMT-dən çıxmaqda sərbəstdir”

Bu aylarda doğulan insanlar ən məsuliyyətli və ən əzmkar olurlar

Bu aylarda doğulan insanlar ən məsuliyyətli və ən əzmkar olurlar

İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşılıb

Bakıda avtobusda sərnişinin başına tavandan su töküldü - FOTO

Bakıda avtobusda sərnişinin başına tavandan su töküldü - FOTO

İlxom Maxkamov: "Özbəkistan və Azərbaycan aviareyslərin sayını həftədə 40-a artıracaq"

İlxom Maxkamov: "Özbəkistan və Azərbaycan aviareyslərin sayını həftədə 40-a artıracaq"

Lənkəran xəstəxanasına direktor təyin edilib

Lənkəran xəstəxanasına direktor təyin edilib

Macarıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Macarıstanda qırıcı təyyarə qəzaya uğrayıb

“Euronews”: Azərbaycan və Özbəkistan müttəfiqliklərini dərinləşdirir

“Euronews”: Azərbaycan və Özbəkistan müttəfiqliklərini dərinləşdirir

Dənizdə daha iki gənc BATIB – FOTO

Dənizdə daha iki gənc BATIB – FOTO

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları İsmayıl Samani türbəsi ilə tanış olublar

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları İsmayıl Samani türbəsi ilə tanış olublar

Bakıda ATS işçisi hasardan yıxılıb həyatını itirdi

Bakıda ATS işçisi hasardan yıxılıb həyatını itirdi

Taksi sürücüləri üçün imtahana qeydiyyat başlanır – BU TARİXDƏN

Taksi sürücüləri üçün imtahana qeydiyyat başlanır – BU TARİXDƏN

Wi-Fi şifrəsini unutmusunuz? - 1 dəqiqəyə belə öyrənə bilərsiniz

Wi-Fi şifrəsini unutmusunuz? - 1 dəqiqəyə belə öyrənə bilərsiniz

İmişlidə toyda FACİƏ - 25 yaşlı oğlan qəfil həyatını itirdi

İmişlidə toyda FACİƏ - 25 yaşlı oğlan qəfil həyatını itirdi

Konqoda Ebola virusundan ölənlərin sayı 2 642-yə çatıb

Konqoda Ebola virusundan ölənlərin sayı 2 642-yə çatıb

Özbəkistan prezidentinin İlham Əliyevin səfəri ilə bağlı maraqlı PAYLAŞIMI

Özbəkistan prezidentinin İlham Əliyevin səfəri ilə bağlı maraqlı PAYLAŞIMI

End of content

No more pages to load

RADİO