Bir müddət əvvəl Bakıda qonaq olan dünyaca məşhur aktyor Ceki Çanın yeni videosu yayılıb.
Bizim.Media Axşam.az-a istinadən xəbər verir ki, əfsanəvi aktyor Azərbaycanda apardıqları çəkilişlərdən danışarkən kövrəlib:
"Dünən hələ də Azərbaycanda çəkilişdə idim. Günəş saat 22:00-dan sonra batdığı üçün, əgər təyyarəyə tələsməsəydim, saat 22:45-ə qədər çəkiliş edəcəkdik. Qayıdıb gəlməyim sırf sizləri - qardaşlarımı görmək üçün idi. Bir-birimizi görmək həqiqətən asan deyil. Bu görüş üçün nə qədər uzaq yol gəlmişik".
Qeyd edək ki, Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehi 4: Ultimatum” (“Armour of God 4: Ultimatum”) filminin bəzi səhnələri Azərbaycanda lentə alınıb.
Bizim.Media