ABB Özbəkistanda “ABB Davr” Bankın fəaliyyətinə start verib

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin onlayn formatda iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı olub. Layihənin açılışı Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimi tədbiri çərçivəsində edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistan Prezidenti ilə mətbuata birgə bəyanatında bu hadisəni aparıcı Azərbaycan bankının Özbəkistan bazarına daxil olması kimi dəyərləndirib.

Bizim.Media xəbər verir ki, layihə ABB-nin Özbəkistanın kommersiya banklarından olan Davr Bankın əsas nəzarət səhm paketini əldə edərək bu ölkənin bazarında “ABB Davr” Bank adı ilə fəaliyyətini nəzərdə tutur.
 

Xatırladaq ki, avqustun 22-də Daşkənddə təşkil olunmuş IV Özbəkistan-Azərbaycan regionlararası forumunda ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovla Davr Bankın təsisçisi və Müşahidə Şurasının sədri Lütfulla Ubayev Davr Bankın əsas nəzarət səhm paketinin ABB tərəfindən alınmasına dair anlaşma sənədi imzalamışdılar.


Beləliklə, layihəyə start verildi və ABB 2026-2028-ci illər üzrə strateji inkişaf planında nəzərdə tutulmuş coğrafi genişlənmə hədəfinə uyğun olaraq Özbəkistanın maliyyə bazarına daxil oldu.

Bank “ABB Davr” Bank brendi ilə Özbəkistanın bütün regionlarında korporativ və fərdi müştərilərə universal maliyyə xidmətləri göstərəcək.

ABB Maliyyə Qrupu son illərdə özünü doğrultmuş korporativ idarəetmə sistemini, rəqəmsallaşma, süni intellekt əsaslı innovativ layihələrini, kiçik və orta bizneslər üçün universal maliyyə həllərini Özbəkistan bazarında da geniş tətbiq edəcək. 40 milyona yaxın əhalisi olan, iqtisadiyyatı ardıcıl sürətlə inkişaf edən Özbəkistanın bank sektorunda yeni təcrübələr yaratmağa çalışacaq.

Xüsusilə ölkədəki kiçik və orta bizneslərin inkişafı üçün əlavə imkanlar açacaq.

Bu bazarda məqsədyönlü fəaliyyət ABB-yə də böyük imkanlar qazandıracaq. Tanınmış Azərbaycan brendi olan ABB Maliyyə Qrupunun regional və beynəlxalq imicini daha da möhkəmləndirəcək.
 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Özbəkistan bazarında iştiraka yaradılmış şəraitə görə Azərbaycan və Özbəkistan prezidentlərinə, həmçinin bu prosesə dəstək vermiş müvafiq dövlət qurumlarına minnətdarlığını bildirib:


“Bizim üçün böyük şərəfdir ki, ABB-nin yeni strateji dövrdə qarşıya qoyduğu coğrafi genişlənmə hədəfinə doğru ilk tarixi addım məhz qardaş Özbəkistandan başlandı. Bu layihəni Özbəkistanda uzunmüddətli fəaliyyətimizin başlanğıcı kimi qiymətləndiririk, biznes, vətəndaşlar, eləcə də ölkə iqtisadiyyatı üçün etibarlı maliyyə tərəfdaşı olmaq istəyirik. Niyyətimiz yeni imkanlar yaratmaq, iqtisadiyyata dəstək olmaq, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişafına töhfə verməkdir”.

Davr Bankın təsisçisi və Müşahidə Şurasının sədri Lütfulla Ubayev bildirib: 

“Bu əqdlə biz bank xidmətlərini keyfiyyətcə yeni mərhələyə daşıyırıq. Yeni tərəfdaşımızın təcrübəsi, innovativ texnologiyaları və dayanıqlı kapitalı Davr Bank-a ən qısa zamanda müştərilərinə qabaqcıl maliyyə məhsulları təqdim etməyə imkan verəcək. Bu tərəfdaşlıq bankımız üçün daha yüksək sabitliyin və güclü texnoloji sıçrayışın təminatıdır”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi //abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ƏMƏLİYYAT – Qaçaq yolla gətirilən narkotik belə aşkarlandı – VİDEO

Azərbaycanda ƏMƏLİYYAT – Qaçaq yolla gətirilən narkotik belə aşkarlandı – VİDEO

Uzunsov telefonlar populyarlığını itirir— Bu modellər yenidən dəbə qayıdır

Uzunsov telefonlar populyarlığını itirir— Bu modellər yenidən dəbə qayıdır

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi – FOTO

“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi – FOTO

“Qırmızı Körpü”də ƏMƏLİYYAT – Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı – FOTO

“Qırmızı Körpü”də ƏMƏLİYYAT – Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı – FOTO

Evinizin sərin olmasını istəyirsinizsə işıqlandırmanı düzgün seçin: Ağ, yoxsa sarı?

Evinizin sərin olmasını istəyirsinizsə işıqlandırmanı düzgün seçin: Ağ, yoxsa sarı?

Biznesini başqa ölkələrə köçürənlərin DİQQƏTİNƏ - Bu halda fəaliyyətiniz bloklanacaq

Biznesini başqa ölkələrə köçürənlərin DİQQƏTİNƏ - Bu halda fəaliyyətiniz bloklanacaq

Tovuzda AĞIR QƏZA – Xəsarət alan var

Tovuzda AĞIR QƏZA – Xəsarət alan var

İmişlidə toyda qəfil ölən 25 yaşlı oğlanın FOTOSU

İmişlidə toyda qəfil ölən 25 yaşlı oğlanın FOTOSU

Suriyada partlayış olub - Ölən və yaralananlar var

Suriyada partlayış olub - Ölən və yaralananlar var

Azad edilmiş ərazilərdə 1 829 hektardan çox ərazi minalardan təmizlənib

Azad edilmiş ərazilərdə 1 829 hektardan çox ərazi minalardan təmizlənib

Xarici pasportu olanlara MÜHÜM XƏBƏRDARLIQ

Xarici pasportu olanlara MÜHÜM XƏBƏRDARLIQ

Günə 77 qəpiyə “Nar”dan smartfon!

Günə 77 qəpiyə “Nar”dan smartfon!

Azərbaycanın bu kəndində 150 min adam yaşayır

Azərbaycanın bu kəndində 150 min adam yaşayır

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub – FOTO

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub – FOTO

Blokları “anbar”a çevirən sakinlərə XƏBƏRDARLIQ

Blokları “anbar”a çevirən sakinlərə XƏBƏRDARLIQ

Ceki Çan Azərbaycandan danışıb kövrəldi -VİDEO

Ceki Çan Azərbaycandan danışıb kövrəldi -VİDEO

M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır - FOTO

M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır - FOTO

Xoşbəxt insanların beş vərdişi — Heç bir xərc tələb etmir

Xoşbəxt insanların beş vərdişi — Heç bir xərc tələb etmir

ABB Özbəkistanda “ABB Davr” Bankın fəaliyyətinə start verib

ABB Özbəkistanda “ABB Davr” Bankın fəaliyyətinə start verib

Ərinin ölümünü intihar kimi göstərmək istədi - Sabunçudakı qətlin üstü açıldı

Ərinin ölümünü intihar kimi göstərmək istədi - Sabunçudakı qətlin üstü açıldı

Ağdaşda attraksion aşdı, bacı-qardaş yaralandı - VİDEO

Ağdaşda attraksion aşdı, bacı-qardaş yaralandı - VİDEO

Peskov: “Ermənistan KTMT-dən çıxmaqda sərbəstdir”

Peskov: “Ermənistan KTMT-dən çıxmaqda sərbəstdir”

Bu aylarda doğulan insanlar ən məsuliyyətli və ən əzmkar olurlar

Bu aylarda doğulan insanlar ən məsuliyyətli və ən əzmkar olurlar

İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşılıb

End of content

No more pages to load

RADİO