Ukrayna prezidenti Vladimir Zelenski bütün dünya yəhudilərini dinc ukraynalıların öldürülməsi barədə susmamağa çağırıb.
Bizim.Media “Unian.net”ə istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.
"İndi mən bütün dünya yəhudilərinə müraciət edirəm: nə baş verdiyini görmürsünüzmü? Buna görə də çox vacibdir ki, hazırda siz - bütün dünyada olan milyonlarla yəhudi, səssiz qalmayasınız. Nasizm sükut içində doğulur. Ona görə də dinc insanların öldürülməsi barədə qışqırın. Ukraynalıların öldürülməsi barədə qışqırın” – deyə ölkə başçısı qeyd edib.
Bizim.Media