14 qətnamə və bir həqiqət: İkili standartlar qarşısında Azərbaycanın sülh strategiyası

Prezident İlham Əliyevin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında səsləndirdiyi fikirlər Azərbaycanın postmünaqişə mərhələsində formalaşdırdığı yeni siyasi kursun həm mahiyyətini, həm də praktik nəticələrini aydın şəkildə ortaya qoyur.

Bu çıxışda diqqət çəkən əsas məqamlar sülh prosesinin konkret nəticələri, strateji nəqliyyat təşəbbüsləri və Avropa institutlarının ikili standartlarına yönəlmiş faktlara əsaslanan tənqidlərdir.

Sülh artıq rəqəmlərlə təsdiqlənir

Prezidentin “Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik” fikri siyasi ritorikadan daha çox, konkret nəticələrlə müşayiət olunan bir yanaşmadır:

-Ermənistana tətbiq olunan tranzit məhdudiyyətləri tam aradan qaldırılıb

-Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük daşınıb

-Ermənistana 12 min ton benzin və dizel ixrac edilib

Bu faktlar göstərir ki, Bakı sülhü yalnız diplomatik sənəd kimi deyil, iqtisadi əməkdaşlıq və qarşılıqlı asılılıq üzərindən qurulan uzunmüddətli strategiya kimi görür.

“TRIPP marşrutu” və Naxçıvan: geosiyasi təcriddən strateji mərkəzə
 

Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” təşəbbüsü yalnız regional nəqliyyat layihəsi deyil - o, Naxçıvan Muxtar Respublikasının geosiyasi statusunu köklü şəkildə dəyişdirə biləcək strateji konsepsiyadır. Uzun illər blokada və coğrafi təcrid şəraitində yaşayan Naxçıvan yeni reallıqda bölgənin əsas bağlantı nöqtələrindən birinə çevrilmək imkanı qazanır.


“TRIPP marşrutu”nun reallaşması Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birbaşa birləşdirir, Orta Dəhliz üzərindən beynəlxalq ticarət axınlarına inteqrasiya edir və onu Cənubi Qafqazda tranzit və logistika mərkəzlərindən birinə çevirir.

Bu transformasiya yalnız coğrafi deyil, həm də iqtisadi və siyasi məzmun daşıyır. Naxçıvanın sənaye, logistika və enerji potensialı yeni marşrut vasitəsilə açılır, investisiya cəlbediciliyi artır və regionun iqtisadi xəritəsində çəkisi əhəmiyyətli dərəcədə yüksəlir.
 

Başqa sözlə, uzun müddət böyük iqtisadi layihələrdən kənarda qalan bu diyar “TRIPP marşrutu” sayəsində Avropa ilə Asiya arasında körpü rolunu oynayan strateji məkanlardan birinə çevrilir. Bu isə Azərbaycanın ümumi geoiqtisadi mövqeyini daha da gücləndirir.


14 qətnamə: ikili standartların konkret ifadəsi

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi ən mühüm faktlardan biri Avropa Parlamenti ilə bağlıdır:

2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər – təhqir və yalanlarla dolu 14 qətnamə
Bu rəqəm təsadüfi statistik göstərici deyil. Qısa müddət ərzində bu qədər qərəzli sənəd Bakıda sistemli siyasi təzyiq kimi qiymətləndirilir. Xüsusilə son qətnamənin Ermənistanda keçirilən Zirvə görüşünə cəmi 4 gün qalmış qəbul edilməsi bu yanaşmanı daha da gücləndirir.

Eyni zamanda Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq edilən sanksiyalar da selektiv münasibətin göstəricisi kimi təqdim olunur.

Halbuki Azərbaycan 1993-cü ildə qəbul olunmuş 4 BMT qətnaməsini faktiki olaraq özü icra edib. 30 illik status-kvoya son qoyaraq beynəlxalq hüququ təmin edib. Bu ziddiyyət Prezidentin vurğuladığı “ikili standartlar” tezisini faktlarla əsaslandırır.

Və bu ikili standart müəllifləri Azərbaycanla Ermənistan arasında sülhün yaranmamsı üçün əlindən gələn hər şeyi edir. Prezident İlham Əliyevin timsalında qətiyyət göstərən Azərbaycan isə bütün yan təsir və vasitələri ustalıqla bloklayır.

Azərbaycan – regional aktordan qlobal tərəfdaşa
 

Cənubi Qafqazda formalaşan yeni reallıq beynəlxalq aktorların davranışında da öz əksini tapır. Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana son səfəri Bakının artan geosiyasi əhəmiyyətinin və müstəqil xarici siyasət kursunun göstəricisi kimi qiymətləndirilə bilər.


Nəzərə alaq ki, Bakıya səfər rəsmi Moskvanın Zelenskinin Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin toplantısına dəvət olunmasına kəskin reaksiyası ərəfəsində baş verib.

Rəsmi Moskva: “Bu, bir neçə dəfə xilas etdiyimiz Ermənistanın Rusiya əleyhinə qeyri-dost addımıdır”.

Eyni kontekstdə İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin dünüənki səfəri də Azərbaycanın Avropa üçün enerji təhlükəsizliyi, nəqliyyat və siyasi dialoq baxımından mühüm tərəfdaş olduğunu təsdiqləyir.

Bu proseslər göstərir ki, Azərbaycan artıq regionun əsas siyasi və iqtisadi aktorudur, qlobal güclər Bakı ilə əməkdaşlığı genişləndirir, yeni regional mənzərə Azərbaycanın iştirakı ilə formalaşır.

Nəticə etibarilə, ortaya çıxan mənzərə bir həqiqəti ön plana çıxarır: Azərbaycan bu gün yalnız qalib dövlət deyil, həm də sülhü iqtisadi və geosiyasi mexanizmlərlə formalaşdıran və regionun gələcəyini müəyyən edən əsas güc mərkəzlərindən biridir.

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın postmünaqişə mərhələsində formalaşdırdığı strateji xəttin aydın ifadəsidir. Bu xətt konkret rəqəmlərlə təsdiqlənən sülh siyasətinə, Naxçıvanı geosiyasi mərkəzə çevirən “Trip marşrutu”na və ikili standartlara qarşı prinsipial mövqeyə əsaslanır.

Sahil TAHİRLİ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

End of content

No more pages to load

RADİO