“Netflix” orijinal rus film layihələri üzərində işləməyi dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Film Distributor's Bulletin" məlumat yayıb.
Bununla yanaşı “Warner Bros.” şirkəti “Ukraynadakı humanitar böhranı nəzərə alaraq” martın 2-də Rusiyada keçirilməsi planlaşdırılan “Batman” filminin premyerasını təxirə saldığını açıqlayıb.
Daha əvvəl Amerikanın “The Walt Disney Company” şirkəti və “Paramount Pictures” kinostudiyası Rusiyada öz filmlərinin nümayişini dayandırıb.
Bizim.Media