Avropa İttifaqının səmasını Rusiya aviasiyası üçün bağlaması səbəbilə Rusiya XİN başçısı Sergey Lavrov BMT-nin İnsan Haqları Şurasının Cenevrə sessisiyasında videomüraciət formasında çıxış edib.
Bizim.Media xəbər verir ki, lakin sessiyada Lavrovun videosu səslənməyə başlayan kimi Şura üzvləri zalı tərk edib.
Həmin görüntüləri Ukraynanın BMT-dəki səfiri Sergey Kislitsa “Twitter” hesabında paylaşıb.
Kislitsa paylaşımına “müharibə cinayətkarlarının çılğın dəliliklərinə bu qədər dözdüyümüz kifayətdir. Biz sizi Putin hakimiyyətinin Hərbi Cinayətlər üzrə Beynəlxalq Tribunalda dinləyəcəyik” sözlərini əlavə edib.
Bizim.Media