Avropa Liqasının 1/8 final mərhələsinin Moskva “Spartak”ı və Almaniyanın “Leypsiq” klubları arasında keçiriləcək oyun üçün Bakı prioritet variantdır.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya klubunun mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov səsləndirib.
Cümə günü UEFA İcraiyyə Komitəsi növbədənkənar iclasında Rusiya və Ukrayna klublarına, eləcə də hər iki ölkənin milli komandalarına ev oyunlarını neytral ərazidə keçirməyi əmr edib.
“Leyptsiqlə oyun üçün prioritet variant Bakıdır. Biz UEFA-dan olan həmkarlarımızla bu variant üzərində işləyirik. Biz həftənin əvvəlində konkret məlumat gözləyirik”, - deyə Zelenov jurnalistlərə bildirib.
İlk görüş martın 10-da Almaniyada, cavab görüşü isə martın 17-də neytral meydanda baş tutacaq.
Bizim.Media