Rusiya ordusunun Ukraynaya təcavüzü ilə bağlı ötən gecə hansı hadisələr baş verib.
Bizim.Media xatırladır ki, Nikolaev, Odessa, Vinnitsa, Borispol, Sumi, Xarkov, Kiyev, Xerson və digər şəhərlərdə döyüşlər gedib.
▪️ Vasilkovda neft anbarı partladılıb.
▪️ Makron Lukaşenko ilə danışaraq rus ordusunu öz ərazisindən çıxarmalı olduğunu bildirib.
▪️ Polşa-Ukrayna sərhəddində minlərlə insan ölkəni tərk etmək üçün qatar növbəsi gözləyir.
▪️ Reuters xəbər verir ki, sabahdan rublun sürətli çöküşü gözlənilir.
▪️ Rusiyanın nəhəng neft və qaz şirkəti olan Gazpromun maliyə direktoru Peterburqda intihar edib.
▪️ Litvanın silah-sursat yardımı Ukraynaya çatıb.
▪️ Avropa İttifaqında Rusiya vətəndaşlarına vizaların verilməsinin dayandırılması müzakirə ediləcək.
Bizim.Media