Almaniyanın Qərb Regional Liqasında 27-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası bu turda doğma meydanda “Essen”nə 1:2 hesabı ilə uduzub.
R.Dadaşov bu görüşdə start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.
“Şalke 2” bu nəticədən sonra 31 xalla 20 komanda arasında 11-ci pillədə qərarlaşıb.
Bizim.Media