Ramiz Mehdiyevin ev dustaqlığı həbsə çevrilə bilər...

Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi çərçivəsində bir sıra tanınmış şəxslərlə bağlı qətimkan tədbirlərinin müddətinin uzadılması barədə qərarlar qəbul edib.

Məhkəmə istintaq orqanının təqdimatlarına baxaraq AXCP sədri Əli Kərimlinin və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 5 ay uzadıb.

Eyni zamanda, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı istintaq orqanının vəsatəti də təmin olunub. Məhkəmənin qərarına əsasən, Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri daha 5 ay müddətinə uzadılıb.

Bəs istintaq müddətinin və qətimkan tədbirlərinin uzadılması hansı hüquqi məna daşıyır? Bu qərarlar istintaqın gedişi və təqsirləndirilən şəxslərin gələcək hüquqi taleyi ilə bağlı hansı nəticələr çıxarmağa əsas verir?

Bizim.Media xəbər verir ki, Modern.az-a açıqlamasında hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, istintaq orqanı işi hələ başa çatmış hesab etmir:

"Ağır cinayətlər üzrə ittiham olunan şəxslərlə bağlı istintaq müddətinin və həbs qətimkan tədbirlərinin uzadılması onu göstərir ki, istintaq orqanı işi hələ başa çatmış hesab etmir. Adətən belə qərarlar iş üzrə əlavə istintaq hərəkətlərinin aparılmasına, yeni sübutların toplanmasına, mövcud sübutların yoxlanılmasına və ekspertiza nəticələrinin əldə olunmasına ehtiyac yarandıqda qəbul edilir.

Yəni burada əsas məsələ sübutların toplanması və qiymətləndirilməsidir. Bu baxımdan istintaq müddətinin uzadılması araşdırmanın hələ yekun nəticəyə çatmadığını göstərir. İstintaq müddətinin uzadılması yeni şəxslərə qarşı cinayət işlərinin açılacağı və ya ittiham dairəsinin mütləq genişlənəcəyi anlamına gəlmir. İstintaq davam etdikcə yeni faktların və əlavə epizodların ortaya çıxması istisna olunmasa da, qərarlar ehtimallar əsasında deyil, əldə olunmuş sübutlar əsasında qəbul edilməlidir. Bu səbəbdən də məhkəmənin istintaq müddətinin uzadılması ilə bağlı qərarında hüquqi məntiq var”.


Onun sözlərinə görə, işin mürəkkəbliyi də bu qərarın qəbul edilməsində mühüm rol oynayır:

“Bu şəxslər ağır cinayətlərdə ittiham olunurlar. Ola bilər ki, əlavə sübutların toplanmasına və qiymətləndirilməsinə, yeni şəxslərin dindirilməsinə ehtiyac var. Həmçinin ittiham dairəsinin genişləndirilməsi və ya məhdudlaşdırılması ilə bağlı bəzi məsələlərin dəqiqləşdirilməsi zərurəti yarana bilər. Bütün bunlar istintaq müddətinin uzadılmasına əsas verən hallardır. Cinayət-Prosessual Məcəllənin tələbləri baxımından bu, tam qanuni prosedurdur”.

Ekspert Ramiz Mehdiyevin ev dustaqlığının növbəti dəfə uzadılmasına da münasibət bildirib.

O qeyd edib ki, məhkəmə indiyədək seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün kifayət qədər əsas görməyib:

“Bu, onun yaşı və ya səhhəti ilə bağlı amillərlə əlaqədar ola bilər. Əgər başqa hallar ortaya çıxsaydı, daha sərt qətimkan tədbirinin seçilməsi də mümkün idi. Buna görə də hazırkı mərhələdə onun mütləq həbs olunacağı qənaətinə gəlmək hüquqi baxımdan kifayət qədər əsaslandırılmış görünmür. İstintaq müddətinin uzadılması ilə qətimkan tədbirinin sərtləşdirilməsi arasında birbaşa əlaqə yoxdur. Bunlar müxtəlif prosessual institutlardır və hər biri üçün ayrıca hüquqi əsaslar tələb olunur. Ev dustaqlığının həbslə əvəzlənməsi üçün istintaq orqanı məhkəmə qarşısında əlavə riskləri və arqumentləri əsaslandırmalıdır.

Ola bilər ki, belə risklər mövcud deyil və ya şəxsin sağlamlıq vəziyyəti, yaşı kimi amillər nəzərə alınır. Hazırda çıxarıla biləcək əsas nəticə istintaqın davam etməsidir. Bu, qarşıdakı dövrdə həm işin faktiki halları, həm də hüquqi qiymətləndirilməsi ilə bağlı yeni məlumatların ortaya çıxa biləcəyini göstərir. Hüquqi dövlət prinsipinə görə, istintaqın yekunu barədə əvvəlcədən hökm vermək doğru deyil. Yekun hüquqi qiymətləndirmə yalnız məhkəmə araşdırması başa çatdıqdan sonra verilə bilər”.

Ekspert hesab edir ki, hazırkı mərhələdə hadisələrə emosional və ya siyasi mülahizələrlə deyil, prosessual faktlar əsasında yanaşmaq lazımdır:

“Faktlar göstərir ki, istintaq davam edir və ittiham tərəfi araşdırmanın tamamlanması üçün əlavə vaxta ehtiyac duyur. Bu mərhələdə qəti nəticələr çıxarmaq hüquqi baxımdan tələsik addım olardı. Eyni zamanda qəti söylənilən fikirlər istintaqın gedişinə müdaxilə kimi dəyərləndirilə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mikayıl Cabbarov ABŞ rəsmisi ilə investisiya layihələrini müzakirə etdi - FOTO

Mikayıl Cabbarov ABŞ rəsmisi ilə investisiya layihələrini müzakirə etdi - FOTO

“Sabah” braziliyalı futbolçu transfer etdi

“Sabah” braziliyalı futbolçu transfer etdi

Oman sahillərində tanker naməlum mərmi ilə VURULDU

Oman sahillərində tanker naməlum mərmi ilə VURULDU

Hava limanları özəlləşdirilir: Kim qazanacaq?

Hava limanları özəlləşdirilir: Kim qazanacaq?

Zaqatalada iki nəfəri İLAN SANCDI: ölən var

Zaqatalada iki nəfəri İLAN SANCDI: ölən var

ABŞ millisində ciddi itki

ABŞ millisində ciddi itki

Aygünlə Namiqin marağa səbəb olan görüntüsü - VİDEO

Aygünlə Namiqin marağa səbəb olan görüntüsü - VİDEO

Şahbaz Şərif: “Sülh sazişi 24 saat ərzində imzalana bilər”

Şahbaz Şərif: “Sülh sazişi 24 saat ərzində imzalana bilər”

Millimizin üzvü evləndi

Millimizin üzvü evləndi

Qusarın ümumtəhsil məktəblərində “son zəng” çalındı - FOTOLAR

Qusarın ümumtəhsil məktəblərində “son zəng” çalındı - FOTOLAR

DÇ-2026: Braziliya və Türkiyə milliləri mübarizəyə başlayır

DÇ-2026: Braziliya və Türkiyə milliləri mübarizəyə başlayır

Azərbaycanda bu bank bağlandı – BOKT-a çevrildi

Azərbaycanda bu bank bağlandı – BOKT-a çevrildi

Özəl reabilitasiya mərkəzində müəmmalı ÖLÜM

Özəl reabilitasiya mərkəzində müəmmalı ÖLÜM

Levandovski müqavilə bağlamaq üçün ABŞ-ya yollandı

Levandovski müqavilə bağlamaq üçün ABŞ-ya yollandı

Qızılca əleyhinə peyvənd vurulmayan uşaqlar TƏHLÜKƏDƏ

Qızılca əleyhinə peyvənd vurulmayan uşaqlar TƏHLÜKƏDƏ

15-21 iyun tarixlərində hansı bürclər mənfəət gözləyə bilər?

15-21 iyun tarixlərində hansı bürclər mənfəət gözləyə bilər?

Sülh razılaşmasının vaxtı və yeri MƏLUM OLDU

Sülh razılaşmasının vaxtı və yeri MƏLUM OLDU

“Araz çayından birgə istifadə regional su təminatı üçün vacibdir” - DEPUTAT

“Araz çayından birgə istifadə regional su təminatı üçün vacibdir” - DEPUTAT

“Şəfa” kapitanı ilə müqaviləni uzatdı

“Şəfa” kapitanı ilə müqaviləni uzatdı

Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək

Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək

Qazaxıstanda 1 yaşlı uşaq tualet çuxuruna düşdü - VİDEO

Qazaxıstanda 1 yaşlı uşaq tualet çuxuruna düşdü - VİDEO

Kanada millisini yox, ABŞ-ı dəstəklədi? – Trüdo tənqid hədəfinə çevrildi - VİDEO

Kanada millisini yox, ABŞ-ı dəstəklədi? – Trüdo tənqid hədəfinə çevrildi - VİDEO

Qazonu nə vaxt biçmək lazımdır?

Qazonu nə vaxt biçmək lazımdır?

İranda edama məhkum edilmiş 139 nəfər əfv edildi

İranda edama məhkum edilmiş 139 nəfər əfv edildi

End of content

No more pages to load

RADİO