Azərbaycanda günəş panellərinin istehsalı üzrə zavod tikiləcək

Azərbaycanda Ələt Azad İqtisadi Zonası ərazisində Çin şirkətinin iştirakı ilə günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə yaxın həftələrdə başlanılacaq.

Bizim.Media xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda Azərbaycan Amerika Ticarət Palatası (AmCham Azerbaijan) tərəfindən təşkil olunan “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, ilk mərhələdə müəssisə ildə təxminən 3 QVt gücündə günəş panelləri istehsal edəcək, gələcəkdə isə istehsal gücünün 10 QVt-a çatdırılması planlaşdırılır.

“Layihənin həyata keçirilməsinin günəş enerjisinin maya dəyərinin azalmasına və bərpa olunan enerji mənbələrinə çıxışın genişlənməsinə imkan yaradacağı gözlənilir. Paralel olaraq külək energetikası üçün komponentlərin, xüsusilə turbin pərləri və qüllələrinin yerli istehsalının inkişafı müzakirə olunur”, - deyə o bildirib.

V.Ələsgərov vurğulayıb ki, külək qurğularının iri elementlərinin Çin və Avropadan daşınması mürəkkəb və bahalı prosesdir.

Bu isə istehsalın lokallaşdırılmasını iqtisadi baxımdan məqsədəuyğun edir. Onun sözlərinə görə, elektrik enerjisinin saxlanılması üzrə həllər olmadan böyük həcmdə külək və günəş generasiyasını enerji sisteminə səmərəli şəkildə inteqrasiya etmək mümkün deyil.
 

Xatırladaq ki, Baş nazirin müavini və Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində 2025-ci il sentyabrın 9-da Çendu şəhərində Ələt Azad İqtisadi Zonası İdarəsi ilə Çinin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” şirkəti arasında investisiya sazişi imzalanıb.


Sənəd Ələt Azad İqtisadi Zonasında günəş panellərinin istehsalı üzrə müasir istehsal kompleksinin yaradılmasını nəzərdə tutur.

Razılaşmaya əsasən, 23 hektar ərazini əhatə edən sənaye zonasında zəruri infrastruktur və kommunikasiya xətləri ilə təmin olunmuş üç müasir istehsal obyekti tikiləcək. Onların ümumi istehsal gücü ildə 3 QVt günəş paneli təşkil edəcək. Həmçinin silisium kristalları və komplektləşdirici hissələrin istehsalı da planlaşdırılır.

İstehsal olunacaq məhsullar, o cümlədən Ələt Azad İqtisadi Zonasının özündə günəş elektrik stansiyasının tikintisi üçün istifadə ediləcək, məhsulun əhəmiyyətli hissəsi isə dünya bazarlarına ixrac olunacaq. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

End of content

No more pages to load

RADİO