AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov FIFA prezidenti Canni İnfantino ilə görüşüb.
Bizim.Media AFFA-ya istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Canni İnfantinoya son dövrlər ölkəmizdə həyata keçirilmiş futbol infrastrukturu layihələri barədə ətraflı məlumat verilib.
Elxan Məmmədov Azərbaycan Premyer Liqasında yaxın gələcəkdə VAR sisteminin tətbiq olunacağını bildirib və bu istiqamətdə görülmüş işlər haqqında FIFA prezidentini məlumatlandırıb.
Bizim.Media