Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşdü – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallı rayonuna səfəri çərçivəsində Musaküçə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb.

Bizim.Media xəbər verir ki, görüş zamanı Leyla Əliyeva ölkəmizdə ənənəvi həsir toxuculuğu sənətini qoruyub yaşadan son icmalardan biri olan "Rooted Hands" layihəsinin iştirakçıları ilə söhbət edib, onların əl işləri və yaradıcılıq fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, Masallı rayonunun Musaküçə kəndindən olan qadınlar təbii qamış bitkilərini toplayır, qurudur və nəsildən-nəslə ötürülən ənənəvi üsullarla əl ilə həsir nümunələri toxuyurlar.

Bu sənət həm bölgənin mədəni irsinin qorunması, həm də qadınların məşğulluğunun və iqtisadi dayanıqlığının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Səmimi görüş zamanı qadınlar həsir toxuma prosesini nümayiş etdiriblər. Leyla Əliyeva da onlarla birlikdə həsir toxuyub, bu qədim sənətin incəlikləri ilə yaxından maraqlanıb. Daha sonra həsirçilik sənətinə və "Rooted Hands" layihəsinə həsr olunmuş qısa film nümayiş olunub.
 

Leyla Əliyevanın dəstəyi ilə qadınlar üçün yenilənmiş məkan yaradılıb. Bu məkan onların işləməsi, təlim və ustad dərsləri təşkil etməsi, eləcə də əl işlərini nümayiş etdirərək satışını həyata keçirməsi üçün nəzərdə tutulub.


Təşəbbüs Masallıda yeni mədəni və turistik məkanın formalaşmasına, eyni zamanda yerli qadınların maliyyə imkanlarının genişləndirilməsinə və ənənəvi həsirçilik sənətinin yaşadılmasına töhfə verəcək.

"Rooted Hands" layihəsi artıq beynəlxalq səviyyədə də təbliğ edilməyə başlanılıb.

Layihə 2025-ci ildə Milan Moda Həftəsində dayanıqlı moda işləri çərçivəsində təqdim olunaraq Azərbaycanın bataqlıq ərazilərindən toplanan təbii materialların, qadın sənətkarların əl əməyinin, müasir dizaynın və ənənəvi sənətkarlığın uğurlu vəhdətini nümayiş etdirib.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Vinisius ispanca müsahibə verməkdən imtina etdi - VİDEO

Arda Turan hamını qabaqladı

Arda Turan hamını qabaqladı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycanda bir həftəlik səfərdə olacaq

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycanda bir həftəlik səfərdə olacaq

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Xorvatiyada qayıqlar toqquşdu: 3 Çexiya vətəndaşı həlak oldu

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Çində dəhşətli hadisə: İntensiv idman məşqindən sonra gəncin böyrəkləri sıradan çıxdı

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

Rusiya Müdafiə Nazirliyi: 100-dən çox Ukrayna dronu məhv edildi

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - VİDEO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Amerikalı müğənni helikopter qəzasında həlak oldu - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - FOTO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Samarada yaşayış binasında güclü partlayış: Sakinlər təxliyə edildi - VİDEO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM - FOTO

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ oldu

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Məhkəmədə "Səni sevmirəm, sevgi bitdi" dedi - BOŞANDILAR

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Rusiya Xarkovun mərkəzinə dronla zərbə endirdi - VİDEO

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Tramp: "İranla sazişdən dərhal sonra limanların blokadasını ləğv edəcəyəm"

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Albaniyada etirazlar kəskinləşir: Trampın kürəkəninin tikinti sahəsində çəpərlər söküldü - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Braziliyada iki helikopter toqquşub: 6 ölü var - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Halı pisləşən uşaq niyə müayinə edilməyib? - VİDEO

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

Oman sahillərində batmış Hindistan gəmisinin bütün heyət üzvləri xilas edildi

13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

13 yaşlı məktəbli vannada klinik ölüm vəziyyətində tapıldı

Keniyada bəbir qürub çağını belə izlədi - VİDEO

Keniyada bəbir qürub çağını belə izlədi - VİDEO

Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi

Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi

End of content

No more pages to load

RADİO