Azərbaycan–Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirildi - FOTO

Bakıda Azərbaycan ilə Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

Bizim.Media xəbər verri ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

İclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Tacikistan tərəfdən isə Baş nazirin müavini Usmonali Usmonzoda rəhbərlik edib.

S. Şərifov qeyd edib ki, Prezident İlham Əliyev ilə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon arasında yüksək səviyyəli siyasi dialoq ikitərəfli münasibətlərin inkişafına mühüm təkan verir.

Xüsusilə, 2024-cü ildə Tacikistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Tacikistan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edilib. Bildirib ki, Azərbaycanın 2025-ci ilin noyabr ayında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulması regionlararası əlaqələrin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
 

2025-ci ildə Azərbaycan ilə Tacikistan arasında ticarət dövriyyəsinin 84 faiz, strateji əhəmiyyətli tranzit daşımalarının isə 50 faiz artması ilə müşayiət olunan müsbət dinamika təqdir olunmaqla yanaşı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğu vurğulanıb.


Bu baxımdan Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əlaqələndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin dövlət başçılarının tapşırıqlarının icrası baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Bildirilib ki, ötən ilin noyabr ayında Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistan üzrə ilk ticarət nümayəndəsinin təyin edilməsi ticarət-iqtisadi əlaqələrin genişlənməsinə əlavə impuls verəcək.

İclasda sənaye, investisiya, kənd təsərrüfatı, energetika, nəqliyyat və logistika, tranzit, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə xüsusi diqqət yetirilib.

Tacikistan şirkətləri Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, sənaye parkları, o cümlədən Ələt Azad İqtisadi Zonası və müasir infrastruktur imkanlarından daha fəal istifadə üçün dəvət edilib.

Samir Şərifov qeyd edib ki, Tacikistanın Orta Dəhliz layihələrinə fəal qoşulması regional əməkdaşlığın və tranzit potensialının genişlənməsinə əlavə imkanlar yaradacaq.

Tacikistanın Baş nazirinin müavini Usmonali Usmonzoda iki ölkə arasında ticarət əlaqələrinin mövcud potensialdan çox yüksək olduğunu vurğulayıb və bundan istifadə etmək üçün hər iki tərəfdə yüksək səviyyədə siyasi iradənin olduğunu qeyd edib.
 

Öz növbəsində U. Usmonzada azərbaycanlı iş adamlarının Tacikistan iqtisadiyyatına sərmayə yatırması üçün hər cür şəraitin olduğunu diqqətə çatdırıb, Azərbaycanın rəsmi nümayəndələrini əlaqələri daha da möhkəmləndirmək, koordinasiyanın çevikliyini təmin etmək, Birgə Komissiyanın növbəti iclasını keçirmək üçün Düşənbəyə səfərə dəvət edib.


İclasın yekununda Azərbaycan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra mühüm sənədlər imzalanıb.

Qeyd olunub ki, bu sənədlər ikitərəfli ticarət-iqtisadi əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsinə və praktiki əməkdaşlığın genişlənməsinə xidmət edəcək.

Mayın 22-də Bakıda Azərbaycan və Tacikistan iş adamlarının iştirakı ilə keçiriləcək biznes forumu bu mövzuların daha ətraflı müzakirə edilməsi, yeni imkanların aşkar edilməsi üçün əlverişli fürsət yaradacağına əminlik bildirilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

“105 İLİN İZİ” adlı sənədli filmi “Space TV”də nümayiş olunacaq - VİDEO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: Xəsarət alanlar var - FOTO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

ABŞ-də yaşayan Fərid illər sonra oxudu – VİDEO

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı

ASELSAN Naxçıvanda zavod açacaq

ASELSAN Naxçıvanda zavod açacaq

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

Azərbaycan ilə Türkiyə arasında hərbi sahələr müzakirə edildi - FOTO

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

İsrael Katz: "Flydubai" təyyarəsindəki hadisə terror aktı cəhdidir

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək - FOTO

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

End of content

No more pages to load

RADİO