Gənclər buna görə evlənmək istəmir - Ekspert

Son vaxtlar Azərbaycanda toylar öz mahiyyətindən uzaqlaşıb, daha çox dəbdəbə və şouya çevrilib. Bu isə həm maddi, həm mənəvi, həm də psixoloji baxımdan insanlara və cəmiyyətə mənfi təsir göstərir. Dünyanın bir çox sivil ölkəsində toylar 50–60 nəfərin iştirakı ilə sadə formada keçirilir.

Bizim.Media xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı toyların dəbdəbəli keçirilməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, toyun mahiyyəti ailə qurulmasının qeyd olunmasıdır:

“Toy şou və ya konsert deyil, dəbdəbə və zənginlik nümayişi və ya insanları borc və kreditə salan mərasim də olmamalıdır. Gənclər yüksək toy xərclərini ödəyə bilmədikləri üçün evliliyi təxirə salmaq məcburiyyətində qalır. Buna görə də sadə və az xərcli toylar keçirilməlidir, çünki toy mənəvi dəyərlər üzərində qurulmalıdır.

Bu mərasim pul xərcləmə yarışı və ya göstərişə çevrilməməlidir, əks halda bu yanaşma həm ailələrin qurulmasında, həm də maddi vəziyyətdə ciddi problemlər yaradır. Bu səbəbdən toylar yalnız nikahın rəsmiləşməsi və ailə qurulmasının qeyd olunması kimi, ən yaxın insanların iştirakı ilə — oğlan və qız tərəfdən ümumilikdə 50–60 nəfərdən çox olmamaq şərti ilə keçirilməlidir”.

Sosioloq vurğulayıb ki, yaxın qohumların, bir neçə dostun, qonşunun və iş yoldaşının iştirakı ilə sadə toyların keçirilməsi daha məqsədəuyğun olar. Belə mərasimlərdə artıq və lazımsız xərclər, “şou” və pul tələləri yığışdırılmalı, nikahın rəsmiləşməsi, təbriklər, sadə süfrə və bir az musiqi-rəqs kifayət etməlidir, çünki toya yazılan pullar da çox vaxt yeni ailəyə dəstək yox, müxtəlif xidmət sahiblərinin qazancına çevrilir.

Elçin Bayramlı qeyd edib ki, Azərbaycan toylarının ənənəvi forması əslində sadə olub:

“Ailənin qurulması yaxın insanların iştirakı ilə keçirilən bir mərasim idi, buna görə də son 20–30 ildə formalaşan bu şou və biznes xarakterli modeldən imtina edərək ənənəvi və sadə qaydalara qayıtmaq daha düzgün olar”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mahsun Kırmızıgül Bakıda toyda oxudu– Video

Mahsun Kırmızıgül Bakıda toyda oxudu– Video

ABŞ-İran razılaşmasına Ərdoğandan REAKSİYA - FOTO

ABŞ-İran razılaşmasına Ərdoğandan REAKSİYA - FOTO

Sağlam qidalanmaq üçün beyninizi aldatmağın 7 üsulu

Sağlam qidalanmaq üçün beyninizi aldatmağın 7 üsulu

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Füzulidə 67 yaşlı kişi faciəvi şəkildə HƏYATINI İTİRDİ

Füzulidə 67 yaşlı kişi faciəvi şəkildə HƏYATINI İTİRDİ

Duzun saxta olduğunu öyrənməyin asan yolu

Duzun saxta olduğunu öyrənməyin asan yolu

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 İYUN: Dövlətçiliyin xilası və gələcəyə doğru DÖNÜŞ NÖQTƏSİ

15 İYUN: Dövlətçiliyin xilası və gələcəyə doğru DÖNÜŞ NÖQTƏSİ

Bloqerin bacısı avtoqəzada həlak oldu- Fotolar

Bloqerin bacısı avtoqəzada həlak oldu- Fotolar

Flora Kərimovanın son durumu AÇIQLANDI

Flora Kərimovanın son durumu AÇIQLANDI

İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Prezidentdən Şuşada keçirilən konfransın iştirakçılarına MÜRACİƏT

Prezidentdən Şuşada keçirilən konfransın iştirakçılarına MÜRACİƏT

İyun ayında doğulanlar: Onları unudulmaz edən 4 xüsusiyyət

İyun ayında doğulanlar: Onları unudulmaz edən 4 xüsusiyyət

Kiyevə raket hücumu – Ölən və yaralılar var – VİDEO

Kiyevə raket hücumu – Ölən və yaralılar var – VİDEO

Oğuzda AĞIR QƏZA – Bir ailənin beş üzvü... – FOTO

Oğuzda AĞIR QƏZA – Bir ailənin beş üzvü... – FOTO

Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq

Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq

Əhaliyə verilən içməli suyun rəngi dəyişib - VİDEO

Əhaliyə verilən içməli suyun rəngi dəyişib - VİDEO

Başı stadionun dəmirləri arasında qalan uşaq belə xilas edildi – ANBAAN VİDEO

Başı stadionun dəmirləri arasında qalan uşaq belə xilas edildi – ANBAAN VİDEO

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

İlham Əliyev Donald Trampı TƏBRİK ETDİ – FOTO

İlham Əliyev Donald Trampı TƏBRİK ETDİ – FOTO

Tramp da tarixi razılaşmanı elan etdi – FOTO

Tramp da tarixi razılaşmanı elan etdi – FOTO

Qətərin qolu səbəbindən 15 milyonunu itirdi

Qətərin qolu səbəbindən 15 milyonunu itirdi

ABŞ-İran razılaşmasının DETALLARI – Sənədin TAM MƏTNİ

ABŞ-İran razılaşmasının DETALLARI – Sənədin TAM MƏTNİ

Ətçəkənin bıçaqlarını necə itiləmək olar? - Sadə üsul

Ətçəkənin bıçaqlarını necə itiləmək olar? - Sadə üsul

End of content

No more pages to load

RADİO