İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O’Nili qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı Meq O’Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edib, onun rəhbərliyi ilə SOCAR-bp uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirib.
 

Prezident İlham Əliyev ölkəmizlə bp arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu deyib. Dövlət başçısı vurğulayıb ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub.


Ölkəmizlə bp arasında icra olunan layihələrin sayının artmaqda olduğunu deyən Azərbaycan Prezidenti bunun əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu nümayiş etdirdiyini vurğulayıb və tərəfdaşlığımızın strateji xarakter daşıdığını diqqətə çatdırıb.

Təbriklərə görə təşəkkürünü bildirən Meq O’Nil Bakıda olmaqdan şərəf hissi keçirdiyini deyib.

Bp şirkətinin baş icraçı direktoru Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə neft və qazdan əldə edilən gəlirin ölkənin inkişafına sərf olunması ilə bağlı uzaqgörən liderliklərini xüsusi vurğulayıb.

Meq O’Nil bu xüsusda Bakının inkişafına, o cümlədən yollara və infrastruktura yatırılan sərmayəyə toxunub.

Dövlət başçısı qeyd edib ki, bəzi hallarda neft və qazdan əldə edilən gəlir sosial qeyri-bərabərliyə səbəb olur. Azərbaycanın timsalında isə bu, ölkənin tərəqqisinə kömək edib.
 

Müstəqilliyimizi bərpa etdikdən bir müddət sonra “Əsrin müqaviləsi”nin imzalandığını xatırladan Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsindən sonra ölkəmizdə vəziyyətin çətin olduğunu deyib, ərazilərimizin itkisinə məruz qaldığımızı və humanitar fəlakətlə üzləşdiyimizi vurğulayıb.


Azərbaycan Prezidenti bildirib ki, o zaman büdcəmiz sıfır səviyyəsində idi və bu vəziyyətdən çıxmağın yeganə yolu əsas beynəlxalq şirkətləri ölkəmizə cəlb etmək, onları investisiya yatırmağa inandırmaq idi.

Prezident İlham Əliyev bu xüsusda bp-yə göstərdiyi etimada görə minnətdarlığını bildirib.

Söhbət zamanı bp-nin ölkəmizdə icra etdiyi enerji, o cümlədən bərpaolunan enerji layihələri qeyd olunub, şirkətin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin önəminə toxunulub.

Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu qeyd edilib, SOCAR-bp əməkdaşlığının perspektivləri müzakirə olunub.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Enrike ilə bağlı qərar verildi

Enrike ilə bağlı qərar verildi

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Pezeşkianın istefası ilə bağlı RƏSMİ TƏKZİBLƏR

Pezeşkianın istefası ilə bağlı RƏSMİ TƏKZİBLƏR

“Maska” final etdi, bu məşhur QALİB OLDU - VİDEO

“Maska” final etdi, bu məşhur QALİB OLDU - VİDEO

Piratlar Hind okeanında tankeri ələ keçirdi

Piratlar Hind okeanında tankeri ələ keçirdi

O da “A.B.İ.”yə gəlir

O da “A.B.İ.”yə gəlir

İstanbulda yaxta yandı

İstanbulda yaxta yandı

Bakı səmasında nadir görüntü - FOTO

Bakı səmasında nadir görüntü - FOTO

Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış - VİDEO

Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış - VİDEO

Müəllim vəfat etdi - FOTO

Müəllim vəfat etdi - FOTO

Cüdo millimiz Avropa Kubokunu 5 medalla tamamladı

Cüdo millimiz Avropa Kubokunu 5 medalla tamamladı

Roza Zərgərli Kadırovla görüşdü - FOTO

Roza Zərgərli Kadırovla görüşdü - FOTO

Güləş üzrə Azərbaycan çempionatında dava - VİDEO

Güləş üzrə Azərbaycan çempionatında dava - VİDEO

"Hizbullah" İsrailin şimalına 20-dən çox raket atdı

"Hizbullah" İsrailin şimalına 20-dən çox raket atdı

Arda mövsümün ən yaxşısı seçildi

Arda mövsümün ən yaxşısı seçildi

Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu

Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu

Myanmada dəhşətli partlayış: Onlarla ölü və yaralı var - VİDEO

Myanmada dəhşətli partlayış: Onlarla ölü və yaralı var - VİDEO

Şavkat Mirziyoyev Ərdoğana başsağlığı verdi

Şavkat Mirziyoyev Ərdoğana başsağlığı verdi

Seçki ərəfəsində İDDİA: Rusiyadan Ermənistana 100 mindən çox vətəndaş gələcək

Seçki ərəfəsində İDDİA: Rusiyadan Ermənistana 100 mindən çox vətəndaş gələcək

Zelenskidən ETİRAF: "Ağ Ev və Konqres sursatlarla bağlı məktubuma cavab verməyib"

Zelenskidən ETİRAF: "Ağ Ev və Konqres sursatlarla bağlı məktubuma cavab verməyib"

Pezeşkian istefa verdi - İDDİA

Pezeşkian istefa verdi - İDDİA

Paşinyandan seçicilərə: "İyunun 5-də Respublika meydanında bir nəfəri gözləyirəm, o da SƏNSƏN!"

Paşinyandan seçicilərə: "İyunun 5-də Respublika meydanında bir nəfəri gözləyirəm, o da SƏNSƏN!"

Luis Suares dünya çempionatından kənarda qaldı

Luis Suares dünya çempionatından kənarda qaldı

Şərurda yarımtikili ev yandı

Şərurda yarımtikili ev yandı

End of content

No more pages to load

RADİO