Arif Babayevin məzar daşındakı yazı müzakirə yaradır - Mənsum İbrahimovdan açıqlama

"Azərbaycan xanəndəlik sənətində professorların sayı çoxdur”.

Bizim.Media xəbər verir ki, bunu “Qaynarinfo.az”a açıqlamasında Xalq artisti Mənsum İbrahimov mərhum xanəndə Arif Babayevin qəbirüstü abidəsində yazılan "Şərqdə ilk muğam professoru” ifadəsi ətrafında yaranan müzakirələrə münasibət bildirərkən deyib.

Xanəndənin sözlərinə görə, professor adı muğam sənətində pedaqoji fəaliyyət göstərən sənət adamlarına verilir:

"Professor adı Arif Babayevə, mərhum Canəli Əkbərova, Səkinə İsmayılovaya, Nəzakət Teymurovaya, Mələkxanım Əyyubovaya, mənə və başqa xanəndələrə verilib. Arif Babayev Azərbaycanda muğam üzrə ilk professor olub.  Amma Şərqdə ilk olub-olmaması barədə məlumatım yoxdur. Bu, araşdırılmalı mövzudur”.

Mənsum İbrahimov hesab edir ki, məsələ musiqişünaslar tərəfindən elmi şəkildə araşdırılmalıdır:

"Muğam sahəsində uzun illər fəaliyyət göstərən, eyni zamanda müəllimlik edən və tələbə yetişdirən xanəndələrə dövlət tərəfindən belə ad verilir. Bu, dissertasiya müdafiəsi ilə alınan elmi ad deyil”. 

Xalq artisti onu qeyd edib ki, Arif Babayevin qəbirüstü abidəsini hələ görməyib. 

Qeyd edək ki, mərhum Xalq artisti Arif Babayevin qəbirüstü abidəsinin üzərində yer alan - "Şərqdə ilk muğam professoru Görkəmli xanəndə Xalq artisti Babayev Arif İmran oğlu” ifadələri sosial şəbəkələrdə və ictimaiyyət arasında müzakirələrə səbəb olub. Narazılıq əsasən xanəndənin "Şərqdə ilk muğam professoru” kimi təqdim edilməsinə yönəlib. 


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropanı cənginə aldı, dünyaya yayılmağa başladı – Azərbaycana da yaxınlaşır?

Avropanı cənginə aldı, dünyaya yayılmağa başladı – Azərbaycana da yaxınlaşır?

“Ağcaqanad, qurbağa əlindən oturmaq olmur”– Video

“Ağcaqanad, qurbağa əlindən oturmaq olmur”– Video

Güclü zəlzələnin ANBAAN VİDEOSU

Güclü zəlzələnin ANBAAN VİDEOSU

ABŞ və İran razılığa gəldi – Növbəti görüşün yeri və vaxtı BƏLLİ OLDU

ABŞ və İran razılığa gəldi – Növbəti görüşün yeri və vaxtı BƏLLİ OLDU

İyul ayında var-dövlət içində üzəcək 3 bürc

İyul ayında var-dövlət içində üzəcək 3 bürc

Xalq şairinin oğlu vəfat etdi

Xalq şairinin oğlu vəfat etdi

Sodayla ağ saçlardan qurtulmağın yolu

Sodayla ağ saçlardan qurtulmağın yolu

“Kadir İnanır özü istəmişdi ki, mən onun həyat yoldaşı olum, ona 70 Azərbaycan mahnısı oxumuşam” - Məlahət Abbasovadan ETİRAF

“Kadir İnanır özü istəmişdi ki, mən onun həyat yoldaşı olum, ona 70 Azərbaycan mahnısı oxumuşam” - Məlahət Abbasovadan ETİRAF

Əhalinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Əhalinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Əli Xameneini necə xilas etməyə çalışıblar - İqamətgahı ilə bağlı TƏFƏRRÜAT

Əli Xameneini necə xilas etməyə çalışıblar - İqamətgahı ilə bağlı TƏFƏRRÜAT

Tezliklə yoxsulluğa son qoyacaq BÜRCLƏR

Tezliklə yoxsulluğa son qoyacaq BÜRCLƏR

Messi daha bir rekord qırdı

Messi daha bir rekord qırdı

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO