Azərbaycanda xarici turistlərin əksəriyyəti evlərdə qalıb - TƏHLİL

Bu ilin I rübündə Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ümumi gecələmə sayı 1 milyon 382 min 960 nəfər təşkil edib.

Bizim.Media xəbər verir ki, "Report"un rəsmi statistikaya əsasən apardığı təhlilə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 % azdır.
 

Məlumata görə, gecələmələrin 879 min 661 nəfəri və yaxud təxminən 63,6 %-i evlərin, 503 min 299 nəfəri və yaxud 36,4 %-i isə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin payına düşüb.Son 1 ildə mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 0,1 % azalıb.


Evlərdə gecələmələrə gəlincə isə il ərzində kirayə götürülmüş mənzillərdə gecələyənlərin sayı 0,8 % azalaraq 181 min 424 nəfər, qohum və yaxud dost evlərində gecələyənlərin sayı 3 % azalaraq 271 min 703 nəfər, özünə və yaxud ailə üzvlərinə məxsus mənzillərdə gecələyənlərin sayı isə 19,5 % azalaraq 426 min 534 nəfər olub.
 

Turistlər gecələmək üçün əsasən Bakıya üstünlük verib. Belə ki, paytaxtda 824 min 302 nəfər turist gecələyib (- 4,5 %). O cümlədən Bakıda hotellərdə 400 min 517 nəfər (+3 %), kirayə götürülmüş evlərdə 148 min 003 nəfər(+0,2 %), qohumların və dostların evində 89 min 211 nəfər (+13,2 %), özünə və ya ailə üzvlərinə məxsuz mənzillərdə 186 min 571 nəfər (-24,8 %) qalıb.


Gecələmə sayına görə ikinci yerdə 154 min 407 nəfərlə Quba- Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayonları) qərarlaşıb və burada azalma 22,8 % təşkil edib.

Üçüncü yerdə isə 96 min 179 nəfərlə Abşeron-Xızı iqtisadi rayonu yer alıb, lakin bu rayonda göstərici 3,8 % azalıb.

Qarabağ iqtisadi rayonunlara daxil olan ərazilərdə isə yanvar-mart aylarında 15 min 594 nəfər (-7,1 %) gecələyib. Şərqi Zəngəzur iqtisadi rayonunda gecələmə yalnız Laçında qeydə alınıb və bu göstərici cəmi 20 nəfər təşkil edib. Ötən ilin ilk 3 ayında isə bu ərazidə turist gecələməsi qeydə alınmayıb.

Bu ilin I rübündə Azərbaycana 172 ölkədən 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Məlumata görə, gələnlərin 25,9 %-i Rusiya, 21,7 %-i Türkiyə, 8,9 %-i İran, 5,3 %-i Gürcüstan, 4,1 %-i Qazaxıstan, 3,6 %-i Hindistan, hər birindən 3 % olmaqla Pakistan və Özbəkistan, 2,5 %-i Səudiyyə Ərəbistanı, 2,1 %-i Çin, 1,9 %-i İsrail, 1,6 %-i Ukrayna, 1,5 %-i Türkmənistan, 1,2 %-i Böyük Britaniya, hər birindən 1 % olmaqla Küveyt və Birləşmiş Ərəb Əmirlikləri, 11,7 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, gələnlərin 71,8 %-ni kişilər, 28,2 %-ni qadınlar təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Nazir nigeriyalı həmkarı ilə ölkələrarası münasibətləri MÜZAKİRƏ ETDİ

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

End of content

No more pages to load

RADİO