7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
 

Prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilən hər üç şəxsin 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini, Mehriban Abasquliyevanın 8 il müddətinə, Elnur Əhmədli və Hamlet Mustafayevin isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların məhkəmə zalında həbs edilmələrini təklif edib.


Eyni zamanda o, təqsirləndirilən şəxslərin mülklərinin satılmasını və dəymiş ziyanın ödənilməsini də istəyib.

Vaxt məhdudiyyətindən vəkillər çıxış üçün vaxt istəyiblər.

Növbəti proses mayın 6-na təyin olunub.

Qeyd edək ki, 2024-cü ilin yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
 

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.


Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
 

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.


Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Yaponiyada yuxu yarışması keçirildi – Mükafat 14 min dollardır

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

Britaniya Avropa İttifaqına geri qayıdır? - Baş nazirdən gözlənilməz AÇIQLAMA

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

"Gündəlik Bakı" qəzetinin baş redaktoru barəsində QƏRAR

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Arda Güler dünyanın ən dəyərli 19-cu futbolçusu oldu - SİYAHI

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Oqtay Gözəlov kimdir? – DOSYE

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

Bolqarıstan sahillərində iki Türkiyə gəmisinə dron hücumu: Biri batıb – VİDEO

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

1923-cü ildə rus tacirlər Şərqi Anadoludan 10 min pişik almaq istəyib

Kamçatkada helikopter sərt eniş etdi

Kamçatkada helikopter sərt eniş etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Nazir şöbə müdirini vəzifədən azad etdi

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTO

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Qubada əməliyyat: 2 nəfər HƏBS EDİLDİ

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Aylıq sosial müavinət alanlarla bağlı yeni XƏBƏR VAR

Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

Məktəb bufetində zərərli qida satılırsa... – Direktor məsuliyyətə CƏLB OLUNACAQ?

Sevinc Osmanqızının mənəvi faciəsi...

Sevinc Osmanqızının mənəvi faciəsi...

ISW: Ukrayna ordusu Volçansk yaxınlığında Rusiya qoşunlarını geri oturtdu

ISW: Ukrayna ordusu Volçansk yaxınlığında Rusiya qoşunlarını geri oturtdu

İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO

İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? – VİDEO

Sumqayıtda kanalizasiya xəttinə görə qazılan yol niyə bərpa olunmur? – VİDEO

Türkiyə Ukraynaya Korkut hava hücumundan müdafiə kompleksi verib?

Türkiyə Ukraynaya Korkut hava hücumundan müdafiə kompleksi verib?

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

Moskva vilayətinə dron hücumu: Ölən və yaralananlar var - VİDEO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

ADNSU-nun müəllimlərinə Beynəlxalq Müəllimlər Günü münasibətilə yüksək məbləğdə mükafat verildi – FOTO

Petek Dinçöz son görünüşü ilə diqqət çəkdi: Əvvəlki imicinə qayıdıb – FOTO/VİDEO

Petek Dinçöz son görünüşü ilə diqqət çəkdi: Əvvəlki imicinə qayıdıb – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO